Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Putin sonu yaxınlaşdığı üçün tələsir”

 

     «Rusiyaya qarşı sanksiyaların real gücü özünü qışda göstərəcək»

Vəfa Quluzadə: «Nə Qazaxıstan, nə Belarus Ukraynanın ərazi bütövlüyünə hörmətsizlik edərək, Donetsk və Luqanskı tanımayacaq»

   "Xeberinfo.com":  Ukrayana ilə Rusiya arasında Minskdə keçirilən görüşdən sonra Donetsk və Luqanskda proseslər daha da kəskinləşdi. Ekspertlərin fikrincə, bu görüş Ukraynanın şərqində baş verənlərin diplomatik yol ilə çözümünə edilən növbəti bir cəhd idi. Amma bu cəhdin uğursuzluğa düçar olması Rusiyanın bu dəfə rəsmi şəkildə proseslərə müdaxilə etməyə məcbur etdi. Məhz Minsk görüşündən sonra Ukrayna sərhəddində hazır vəziyyətdə duran rus qoşunları Ukrayna ilə sərhədi pozaraq hərbi əməliyyatlara girdi. Iki tank briqadasının Ukrayna ordusu ilə döyüşə girməyi Putinin yürütdüyü siyasəti tam çılpaqlığı ilə ortaya qoydu. Mövzu ilə bağlı yaranan sualları politoloq Vəfa Quluzadə cavablanldırır:

- Vəfa bəy, Ukraynanın şərqindəki proseslərin Minsk görüşündən sonra daha da kəskinləşməsi nə ilə bağlıdır?
- Minskdə Putin Poroşenkonu inandırmağa çalışdı ki, Ukraynanın çıxış yolu yoxdur və Rusiyanın dediyi şərtlər qəbul olunmalıdır. Rusiya təkid edir ki, Ukrayna Avropa Birliyinə deyil, Gömrük Ittifaqına üz tutmalıdır. Bu addımların müqabilində isə Rusiya vəziyyətdən çıxmaq üçün Ukraynaya əlindən gələn köməyi edəcəkdir. Poroşenko bunların heç birini qəbul etmədi. Ona görə Ukraynanın şərqində olaylar daha da kəskinləşdi. Rus qoşunlarının Ukraynanın şərqinə müdaxiləsi gözlənilən idi. Amma Putin sona qədər Ukraynanın şərqində baş verən proseslərdə əlinin olmadığını deməyə çalışacaq. Putinin planı ondan ibarətdir ki, Luqansk ilə Donetski dəstəkləyərək Ukraynanı prosesdən kənarda qoysun. Gömrük Ittifaqı ilə bağlı tələskənlik isə onunla bağlıdır ki, Putin istəyir ki, bu təşkilat Donetsk və Luqanskın müstəqilliyini tanısın. Amma Putinin bu siyasəti qeyri-real bir şeydir. Nə Qazaxıstan, nə Belarus Ukraynanın ərazi bütövlüyünə hörmətsizlik edərək, Donetsk və Luqanskı tanımayacaq.

“Putin üçün çıxılmaz durum”

- Belə düşünülür ki, Rusiya Donetsk və Luqanskın müstəqilliyinə nail olmaqla Krımla arasında quru yolunun olmasına çalışır...
- Bəli, Rusiyanın hədəflərindən biri də məhz budur. Rusiya Krımla bağlı ideyalarından əl çəkməyib. Putin öncə Krımı Donetsk və Luqanskla birləşdirməyə çalışır. Daha sonrakı məsələ isə bu dövlətlərin tanınması ilə bağlıdır. Amma Putinin bu niyyətləri həyata keçməyəcək. Çünki Ukrayna balaca dövlət deyil. Putinin Gürcüstanda etdikləri Ukraynada baş tutmayacaq. Ukrayna sona qədər döyüşmək niyyətindədir. Bu cür dirəniş Rusiyaya baha başa gəlir. Iqtisadiyyata ciddi zərbələr vurulub, rublun məzənnəsi durmadan aşağı düşür. Rusiyada supermarketləri qarətdən qorumaq üçün onların qarşısına silahlı adamlar qoyublar. Bütün bu proseslər Putini tələsməyə vadar edir. Putin baş verənlərdə nöqtəni qoymağa çalışır ki, desin ki, mən burada dayanıram və bunları tanımağınızı istəyirəm.

“NATO Rusiyaya qarşı tədbir görür”

 

- Rusiyanı böyük çətinliklər gözləyir. Çünki dünya bazarında da neftin qiymətləri düşməyə başlayıb. Sanksiyalar getdikcə daha da artacaq. Sanksiyaların real gücü özünü qışda göstərəcək. Putinin yürütdüyü siyasət Rusiyaya heç bir divident gətirməyəcək. Tutalım, Putin Donetsk və Luqanskı Ukraynadan ayırmağı bacardı. Amma hər bir qələbədən sonra o qələbəni tanıyan lazımdır. Putinin bu qələbələrini kim tanıyacaq? Amerika, yoxsa Avropa Birliyi? Putinin maskası artıq cırılıb. Putin Qərbə belə bir mesaj verir ki, mənim imperiya maraqlarım var və mən onları sona qədər müdafiə edəcəm. Qərb isə Rusiyanın yürütdüyü siyasətlə barışmayacağanı bəyan edir və bildirir ki, sanksiyalar getdikcə daha güclənəcək.

- Qərbin Ukraynaya maddi və hərbi dəstəyi ilə yanaşı başqa mühüm qərarları da mövcuddur. Onlar sırasında NATO-nun “Rusiya təcavüzünə qarşı” yaratdığı xüsusi çevik birliyi göstərmək olar. Yeddi ölkənin iştirakı ilə yaradılacaq birliyə müxtəlif qoşun növləri daxildir. Bu birlik daimi xidmət çəkəcək və proseslərə daha tez müdaxilə etmək imkanı var. Bu addımı necə dəyərləndirmək olar?
- Putin real güc, qüvvə görməmiş dayanan deyil. Ona görə Qərbdə belə bir plan fikirləşiblər. Digər tərəfdan NATO gözəl bilir ki, Şərqi Avropa ölkələri pis vəziyyətdədir. Onlar da Rusiyanın aqressiyası nəticəsində müdafiəsiz qala bilər. NATO gərək bu dövlətləri müdafiə etmək iqtidarında olsun. Hücum olacağı təqdirdə onun qarşısı daha tez bir zamanda alınmalıdır. NATO ona görə Şərqi Avropada əsgəri qüvvələrini gücləndirir. Məqsəd Rusiyanı yerinə otuzdurmaqdır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam