Redaktor seçimi
Alimin “İntihar kəndiri”:
Biləsuvarda analoqsuz “torpaq hərracı”:
Bir səfilin harayı:
Gömrük Komitəsi belə ləğv olunur:
Binəqədi ziblixanalarında “yuyulan” dövlət vəsaiti:
Monopoliyanı doğuran “Bermud üçbucağı” belə yarandı-
Qorxmaz Hüseynovun qardaşına ağır ittihamlar:
“Broker Əbülfəz”dən yeni xəbər var:
Günün xəbəri

Məşhur klinikaların arxasından nazirlə generalın qudası çıxdı –İddialar:“Grand hospital” və “Avrasiya”

 

   Yenixeber.org: İki xəstənin əməliyyat zamanı öldüyü və adı MTN çetesinə qarışmış iki klinika barəsində yeni məlumatlar əldə etmişik.

Verilən məlumatda “Grand hospital” və “Avrasiya” klinikalarının arxasındakı əsas gücün kimliyi açıqlanıb.

Bu tibb ocaqlarının MTN-in Kadrlar Baş İdarəsinin rəis müavini, polkovnik Tehran Babatovun olduğu söylənirdi.

Grand Hospital

MTN şefi Eldar Mahmudovun “kassiri” kimi adı çıxan T.Babatovun yaxını olan baş həkim Asiman Həsənov sözügedən klinikalara nəzarət edir.

Tədris Cərrahiyyə Klinikasının baş həkimi vəzifəsindən azad edilərək bu klinikalara rəhbər olan Asiman Həsənovun adı mediada MTN çetesi ilə hallanırdı.

Yayılan xəbərlərdə deyilirdi ki, sertifikatlaşdırmadan keçə bilməyən savadsız həkimləri müxtəlif klinikalara yerləşdirməklə, savadlı və dürüst həkimləri sıxışdıran Asiman Həsənov əcnəbi həkimləri də Tehran Babatovun vasitəsi ilə Miqrasiya Xidmətinin caynağına keçirərək, tələyə salmağı və onları qul kimi işlədərək babat pul qazanmağın mexanizmini elə qurubmuş ki, çərçivədən çıxan istənilən şəxs MTN-in polkovniki tərəfindən cəzalandırılırmış.

Avrasiya klinikası

Hazırda bir çox klinikalar, o cümlədən Grand Hospital, Medical Plaza, Azərtürk Med Hospital və Laçın Klinikası birbaşa Asiman Həsənovun nəzarətindədir.

Lakin bu klinikaların arxasından yeni bir ad çıxıb. Verilən məlumatda “Grand hospital” və “Avrasiya” klinikalarının əsas sahibinin Qulu Quliyev olduğu iddia edilir.

Məlumatlı şəxsin iddialarına görə, Q.Quliyev vaxtilə Xaçmaz “MERO”nun rəisi işləyib.  Q.Quliyev indi klinikalara nəzarət edir.

Qulu QuliyevQulu Quliyev

Belə iddialar var ki, “Grand hospital” və “Avrasiya” klinikalarının sahibi Q.Quliyevin “MERO” rəisi postuna yüksəlməsi heç də səbəbsiz olmayıb.

Çünki Q.Quliyev Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun qudasıdır. Məlumatda bildirilir ki, Q.Quliyev ədliyyə naziri Fikrət Məmmədovla da qohumdur.

Belə bir imkanlara və əlaqələrə malik olan Q.Quliyevin klinikaları yüksək səviyyədə qorunur.

Ancaq efirdə tez-tez reklam olunan “Grand Hospital” həkimlərinin əlində ölən xəstələrin xəbəri pasientlərin klinikaya inamını sarsıdıb.

Dekabrın 19-da ürəyindən əməliyyat olunan 1962-ci il təvəllüdlü Nurağa Qasımovun ölümü barədə istintaq gedir.

Onu əməliyyat edən həkimin fəaliyyəti istintaq müddətində qadağan olunub. Onun əməliyyatdan sonra öldüyü bildirilib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Cəmi 14 gün əvvəl də “Grand Hospital” klinikasında ölüm hadisəsi baş vermişdi.

Gözündən əməliyyat olunan 20 yaşlı Ayşən Mirzəyeva “Grand Hospital” klinikasının həkiminin səhlənkarlığı və qeyri-peşəkarlığı ucbatından əməliyyat zamanı komaya düşmüşdü. Beş gün komada qaldıqdan sonra isə dünyasını dəyişmişdi.

“Avrasiya” klinikasında isə qiymətlərin fantastik olması xəstələri az qala komaya salır.

Azərbaycanda isə klinikaların sahiblərinin məmurlara məxsus olması yenilik deyil. Çünki şadlıq evlərindən tutmuş xəstəxanalara, “moyka”lardan adi qəzet köşklərinə qədər arxasından bir məmur barmağı çıxır.Yunis Cəfərov/AzEuroNews.com/ 

 



Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?

    Bəli
    Xeyr