Redaktor seçimi
Alimin “İntihar kəndiri”:
Biləsuvarda analoqsuz “torpaq hərracı”:
Bir səfilin harayı:
Gömrük Komitəsi belə ləğv olunur:
Binəqədi ziblixanalarında “yuyulan” dövlət vəsaiti:
Monopoliyanı doğuran “Bermud üçbucağı” belə yarandı-
Qorxmaz Hüseynovun qardaşına ağır ittihamlar:
“Broker Əbülfəz”dən yeni xəbər var:
Günün xəbəri

Ağciyər Xəstəlikləri İnstitunda HƏQİQƏTdənkənar özününümayiş:direktora “dur” deyən olacaqmı?

 

Elmər namizədi 20 ilin mütəxəssisi, Heydər Əliyevlə bağlı kitabın müəllifi institutdakı rəzalətlə bağlı prezidentə müraciət etdi

Yenixeber.org: Elmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstitunda yaşananlar və institutun direktoru Həqiqət Qədirovanın fəaliyyəti ilə bağlı mediada tənqidi yazılar az qala həndəsi silsilə şəklini alıb. Bu yazılarda institutdakı özbaşınalıqlardan, direktorun qanunazidd əməllərindən bəhs olunur. İnstitut əməkdaşlarının dövlət başçısı cənab İlham Əliyevə, Birinci Vitse-prezident xanım Mehriban Əliyevaya, Səhiyyə naziri O. Şirəliyevə müraciətlərində də konkret faktlar sadalanır. Maraqlıdır ki, bütün bunlara baxmayaraq direktor Həqiqət Qədirovaya “gözün üstə qaşın var” deyən yoxdur. Bu susqunluqdan ruhlanan Həqiqət xanım da fəaliyyətini daha da geniş və sürətlə davam etdirməkdədir. Hər halda yenixeber.org-a daxil olan məlumatlardan belə məlum olur. Direktorun sayəsində əmməllicə psixoloji pozğunluq yaşadıqlarını bildirən əməkdaşlar, tezliklə institun da psixoloji dispanserə çevriləcəyi qənaətindədirlər.

                              Direktorun yalançı statistikası   

Ağciyər Xəstəlikləri İnstitunda Həqiqət Qədirovanın fəaliyyətindən bu yana diqqəti çəkən faktorlardan biri də xəstələrin sayındakı azalmadır. İlk baxışdan təqdirəlayir hal kimi görünsə də, həqiqətin fərqli olduğu bildirilir. Əvvəllər ayda 300-400 xəstəsi olan səhiyyə ocağında indi vur-tut ay ərzində 60-a yaxın xəstəyə rast gəlinir. Bu fərq heç də hansısa proflaktik tədbirin uğurlu nəticəsindən doğmur. Səbəb institut direktorunun tətbiq etdiyi “uğurlu qaydalar”ın doğurduğu kütləvi narazılıqdır. Məhz bu səbəbdən də, vərəmli xəstələrin Ağciyər Xəstəlikləri İnstituna deyil, digər qeyri-profilli xəstəxanalara üz tutduqları və nəticədə bu xəstəliyin daha da geniş yayıldığı bildirilir.

Vərəmli xəstələrin instituta az müraciət etməsi səbəbindən bəzən vərəmdən uzaq xəstələrin bu adla qəbul olunması və 10 gün sonra isə “sağaldı” adı verilməsi də verilən məlumatlar sırasındadır. Beləcə direktorun yalançı hesabatlarla yuxarıları aldatdığı deyilir.

Bu istiqamətdə təkcə bir faktı qeyd edək ki, ötən ilin sentyabr ayında azyaşlı Məmmədli Fatimə rezident olan Aygün Hacıəliyevanın sayəsində vərəm olmadığı halda dağılmış vərəm diaqnozu ilə uşaq şöbəsinə aparılıb. 10 gün sonra isə evə yazılıb(?) 10 günə bu diaqnozlu xəstəliyin sağalması sadəcə gülünc bir şeydir. Valideyinin sonradan şikayəti olub, direktor rezidenti müdafiə etmək, “sudan quru çıxarmaq” məqsədi ilə konsilium keçirdi və yenidən həmən diaqnozun qoyulmasına nail oldu. Nəticədə isə azyaşlının qisməti hansısa “peşəkarlar”ın sayəsində faciə yaşamaq oldu.

Baş həkim İman Rzayevin səlahiyyətləri de-fakto əlindən alınıb, polikilinikanın baş həkimi Nailə Mahmudovaya verilib. Baş həkim səlahiyyətsiz bir fiqura çevrilib.

                          Direktorun növbəti qurbanı-Tibb Elmləri Namizədi

Direktorun qəzəbinə tuş gələnlərdən biri də 20 ildir ki, bu səhiyyə müəssisəsində çalışan mütəxəssis Səbinə Məmmədovadır. Yenixeber.org-a Səbinə xanımın qarşılaşdığı haqsızlıqla da bağlı məlumat daxil olub.17 ildir uşaq şöbəsinə rəhbərlik edən Səbinə xanım qarşılaşdığı haqsızlıqla bağlı dövlət başçısı cənab İlham Əliyevə müraciət ünvanlayıb. Əvvəlcə şöbə müdirliyindən, ardınca da həkimlikdən uzaqlaşdırılan Səbinə Məmmədova müraciətində yazır: “Şöbəni öz vəsaitimlə təmir edib, abadlaşdırmişam, 20-dən çox elmi məqalənin və ulu öndərə həsr olunmuş “Xalqın Xilaskarı” kitabının müəllifiyəm. Həmişə xalqıma , dövlətimə xidmət etmək ruhu ilə yaşamışam.

Həqiqət Qədirovanın Elmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstituna təyinatı ilə bu elm-səhiyyə ocağında peşəkar, perspektivli kadrların qara günləri başladı. Ermənipərəst mövqedə olan bu direktor ətrafına anası erməni olanları toparlayıb da, kollektivə qarşı düşmən mövqe nümayiş etdiri. Qanunsuz töhmətlər, əsassız olaraq işdən çıxarılmalar və s.”

Tibb elmləri namizədi Səbinə Məmmədova sonda dövlət başçısından bu rəzalətə son qoyulmasını, narazı həkim kollektivinə yardımçı olmasını xahiş edir. 

Yazıda yer alan ittihamlarla bağlı qarşı tərəfi dinləmək istəsək də alınmadı. Əgər istəsələr onların da mövqeyinə yer verməyə hazırıq.

 

Aydın      


Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?

    Bəli
    Xeyr