Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Türkmənistanda “falçı ovu” başlayıb

Türkmənistanda “falçı ovu” başlayıb

 

 

Türkmənistanda yeni ildən etibarən  falçılara qarşı “ov” başlayıb; bu fəaliyyətlə məşğul olan şəxslər  polis tərəfindən saxlanılır, onlar cərimələnir

 

Yenixeber.org: Bu barədə “Türkmənistan gündəliyi” nəşri məlumat yayıb.

Məlumata görə,  saxlanılan şəxslər polis  məntəqələrinə gətirilir,  orada  onlara qarşı inzibati xətalar məcəlləsi əsasında protokollar tərtib olunur, 100 manat məbləğində  cərimə yazılır.

Saytın   yerli rəsmilərdən olan mənbəyə istinadən verdiyi xəbərə görə,  kütləvi “falçı ovuna” səbəb, güc strukturlarına  yuxarıdan “hər vəchlə büdcəni doldurmaq” tapşırığının verilməsidir.
Kimliyi açıqlanmayan məmur, digər sahələrdə də müntəzəm xarakter alan cərimələrin o cümlədən,  bəzən hətta səbəbsiz olaraq sürücülərə yazılan cərimələri, həmçinin  son beş il ərzində sürücülük vəsiqəsi almış qadınların təkrar imtahandan keçmək tələbini  büdcəni doldurmaq tələbi ilə izah edib.

Bundan əvvəl yayılan xəbərə görə, Türkmənistan polisi yollarda ağ rəngdən başqa bütün digər rənglərdə olan avtomobilləri saxlayır. Yol patrul xidmətinin müfəttişləri heç bir əsas gətirmədən, göy, qırmızı, yaşıl və digər rənglərdə olan avtomobilləri cərimə meydançasına aparır.  Yanvarın 2-də Türkmənistanda tünd rəngli avtomobillərin istismarına qadağa qoyulub. 

2017-ci ilin sonunda isə  polisin tələbi ilə tünd rəngli avtomobillər müsadirə olunub və yalnız avtomobilin  boyasını dəyişəcəkləri ilə bağlı iltizamnamənin alınmasından sonra sahiblərinə qaytarılıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam