Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

SOCAR əməkdaşı sükan arxasında öldü

SOCAR əməkdaşı sükan arxasında öldü

 

 

SOCAR şirkətinin əməkdaşı sükan arxasında dünyasını dəyişib

 

Yenixeber.org: Bu barədə yayılan məlumatı SOCAR-ın sözçüsü İbrahim Əhmədov təsdiqləyib.

Onun sözlərinə görə, SOCAR-ın Nəqliyyat İdarəsinin 1 saylı Texnoloji Nəqliyyat Departamentinin sürücüsü Mikayıl Məmmədov bu gün qəfil rəhmətə gedib:

“Nəqliyyat Departamentinin rəhbərliyi hazırda mərhumun cənazəsinin yanındadır. Mərhum həmkarımızın yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara səbir diləyirik”.

Qeyd edək ki, bu barədə məlumatı ilk olaraq Avtosfer.az saytı yaymışdı. Məlumata görə, paytaxtın Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 30 ünvanında saat 14:45 radələrində 1959-cu ildə anadan olmuş, Suraxanı rayon sakini Məmmədov Mikayıl Məmməd oğlu idarə etdiyi SOCAR şirkətinə məxsus olan 10 AA 193 dövlət nömrə nişanlı, “Chevrolet” markalı avtomobilin sükanı arxasında olarkən ürək çatışmazlığından vəfat edib.

Faktla bağlı araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam