Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Draçevi öldürən Anarın istintaqında yenilik

Draçevi öldürən Anarın istintaqında yenilik

 

 

Pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçevin Xabarovskda öldürülməsi işi ilə bağlı ilkin dinləmələr keçirilib

 

Yenixeber.org: Bunu “RİA Novosti” agentliyinə açıqlamasında Draçevlər ailəsinin vəkili Yevgeni Şevçov söyləyib. Onun sözlərinə görə, dinləmələr yanvarın 23-də davam etdiriləcək.

O, Draçev qətlini törədən Anar Allahverənovun vəkillərinin ekspertiza zamanı əldə edilmiş dəlilərin etibarsız hesab edilməsinə dair məhkəməyə ərizə ilə müraciət etdiyini bildirib:

“Növbəti çərşənbə axşamı ərizəyə baxılacaq. İttihamçı tərəf ekspertin fəaliyyətində prosessual pozuntuların olduğunu bildirib. Fikrimcə, onlar zamanı uzatmağa çalışacaqlar”.

Şevçov həmçinin Allahverənovun həbsinin 6 ay müddətinə uzadıldığını da bildirib.

Qeyd edək ki, keçən ilin 20 avqustunda Xabarovskda Draçevlə müttəhim Anar Allahverənov arasında Xabarovskda kafedə dava olub. İstintaqın versiyasına görə, müttəhim əl və ayaqla zərərçəkmişin başına və bədəninə azı 21 zərbə endirib. Zərərçəkmiş aldığı zədələrdən yıxılaraq huşunu itirib. A.Allahverənov yerdə uzanmış idmançının başına daha beş zərbə endirib.

A.Draçev aldığı zərbələrdən xəstəxanada ölüb. İstintaq komitəsi qətllə bağlı cinayət işi qaldırıb. Qətldə ittiham edilən A.Allahverənov hadisədən 1 ay sonra istintaqa təslim olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam