Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

TRAMPIN QARŞISINI KƏSMƏYƏ HAZIRLAŞAN, DEMOKRATLARIN GÖZ DİKDİYİ MİLYARDER…-"Reytinq kraliçası" Opra Uinfri ABŞ-ın yeni prezidenti ola bilərmi?

Bu həftə ABŞ mediasının ən çox müzakirə etdiyi mövzulardan biri də məşhur teleaparıcı Opra Uinfrinin 2020-ci ildə prezidentliyə namizədliyini irəli sürəcəyi ilə bağlı bəyanatı oldu. Apardığı proqramlarla amerikalıların sevgisini qazanan, "reytinq kraliçiası" kimi ad çıxaran qaradərili xanımın bu bəyanatı ABŞ-ın "Washington Post", "New York Times" kimi, aparıcı nəşrlərinin əsas xəbərlərindən birinə çevrildi. Xəbərə Tramp administrasiyasından da reaksiya gəldi. Ağ Evdən xanım Uinfrinin bu qərarını məmnunluqla qarşıladıqlarını bildirdilər.

Yenixeber.org: Xarici mətbuata istinadən ABŞ-da keçiriləcək növbəti prezident seçkilərində Trampın əsas rəqibi olmağa hazırlaşan 64 yaşlı Opra Uinfrininhəyat yoluna nəzər salmağa çalışacağıq.

Deyilənlərə görə, Uinfrinin Trampa rəqib olması ən çox demokratları sevindirib. Demokratlar ümid edirlər ki, Opra onlara canlarını Trampdan qurtarmağa kömək edəcək.

Mətbuat yazır ki, Uinfri 2020-ci ildə namizədliyini məhz Demokratlar Partiyasından verəcək. Amma aparıcı özü bunu hələ ki təsdiqləməyib.

 

 

İllərdir populyar tok-şouya aparıcılıq edən Opra öz "brendini" qoruyub saxlamaq üçün siyasi mühakimələrdən kənarda qalmağa üstünlük verib. Uzun müddət açıq şəkildə hər hansı namizədi dəstəkləməyən teleaparıcı ilk dəfə 2008-ci ildə bu ənənəsini pozub. Və Barak Obamanı dəstəklədiyini bəyan edib. ABŞ-da keçirilən son prezident seçkilərində isə onun qalib görmək istədiyi namizəd Hillari Klinton idi. Bu seçimləri ilə Opranın demokratlara rəğbət göstərdiyi ortaya çıxmış olub. 

1997-ci ildə Opra öz verilişinə aktrisa Ellen Deceneresi dəvət etmiş, o da qeyri-ənənəvi orientasiyaya sahib olduğunu açıqlamışdı. Həmin vaxt zaldakı tamaşaçılar aktrisanın bu addımını mühakimə etmiş, bunun xristianların müqəddəs kitabına zidd olduğunu demişdilər. Opra isə "Ellen deyir ki, o, homoseksualdır. Düşünürəm ki, Allah onu bü cür yaradıb. Mən onun istədiyi kimi olmaq haqqını dəstəkləyirəm" deyərək aktriasını mühakimələrdən qorumuşdu. 

 

 

2013-cü ildə Harvard Universitetindəki çıxışı zamanı həmin ərəfədə bir qrup məktəblinin manyak tərəfindən güllələndiyini xatırladaraq silah alıcılarının daha diqqətlə yoxlanılmasına çağırış etmişdi. Eyni zamanda amerikalıların silah daşımaq haqqına da hörmətlə yanaşdığını demişdi. 

Opra qeyri-leqal miqrantların da müdafiəsinə qalxaraq onlara ABŞ-da yaşamaq hüququnun verilməsinə tərəfdar olduğunu bildirmişdi. 

Aparıcısı olduğu proqramda qadın prodüserlərin kişi prodüserlərdən daha az maaş aldığını bilən Uinfrin bu qeyri-bərabərliyin aradan qalxmasına nail olmuşdu. Hələlik görünən odur ki, Opra sol mərkəzçi mövqedədir. 

ABŞ-ın müstəqil meda orqanı National Public Radionun (NPR) keçirdiyi sorğu göstərir ki, əgər bu gün prezident seçkiləri keçirilərsə, Opra Trampı rahatlıqla məğlub edər. Özü də 50:39 hesabı ilə. 

 

 

NPR-in xəbərinə görə, Opra aşkar üstünlüklərə sahibdir. Demək olar ki, hamı tərəfindən tanınır, çoxlu pulu var və insanlar onu sevir. Sorğunun nəticələri göstərir ki, amerikalıların 64 faizi ona müsbət yanaşır. Aparıcıya münasibəti mənfi olanlar cəmi 23 faizdir. Tramp bu reytinqi heç yuxusunda da görə bilməz 

"İnsanlar onu sevir. Bəs, onun siyasət girdabında olmasını istəyirlərmi?", – deyə ekspert L.Merinqof bildirir: "İnsan siyasi arenaya çıxan kimi dərhal müxalifətin oxlarının hədəfinə çevrilir. Bu da xalqın sevimlisi Opranın populyarlığını yox edə bilər". 

Lakin Opranın bu qərarını dəstəkləyənlər də var. Məsələn, Hollivud ulduzları Meril Strip, Tom Henks, Stiven Spilberq… 

Meril Strip Opranın cinsi istismara məruz qalan insanlarla bağlı dəstək çıxışlarını heyranlıqla izlədiyini deyib: "İnsanları "döyüşə" bax bu cür qaldırmaq lazımdır. Bu, bir liderin səsi idi". 

 

 

Opra Missisipi ştatında dünyaya gəlib. Anası onu təkbaşına böyüdüb. Dediyinə görə, uşaqlıqda ehtiyac üzündən kartof kisələrindən paltarlar geyinməyə məcbur olub. Zamanla Opra varlanmağa başlayıb və milyarder olub. Onun sərvətinin təqribən 3 milyard dollar olduğu bildirilir. Bu arada, Trampın sərvəti 3,1 milyard dollardır. 

Trampla Opranın yolları artıq bir dəfə kəsişib. Tramp aparıcını böhtana görə məhkəməyə versə də, istədiyinə nail ola bilməyib. 

Hələ ötən ilin sentyabrında publisist Con Podxorets yazmışdı ki, Opra Uinfrin demokratlar arasında yeganə real namizəd ola bilər: "ABŞ-ın siyasi mədəniyyətinin radikal transformasiyası Trampa hakimiyyətə gəlməyə imkan yaratdı. Eyni şey Opra üçün də keçərlidir".  

Teleaparıcı özü verilişlərin birində bildirmişdi ki, respublikaçılap Trampı namizəd irləi sürməyənə qədər prezidentlik məsələləsini nəzərdən keçirməmişdi: "Əvvəl fikirləşirdim ki, mənim təcrübəm yoxdur, çox şeyi bilmirəm. İndi isə düşünürəm ki, nə olsun?".

Bu arada, Opranın prezidentliklə bağlı bəyanatına Tramp da münasibət bildirib. O əminliklə qeyd edib ki, məşhur aparıcı namizədliyini irəli sürsə, ona qalib gələcək…(Strateq)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam