Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Çingiz Sadıxovla vida mərasimi keçirildi- Foto

Yanvarın 12-də Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu, Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyəti və Kaliforniya Azərbaycan Dostluq Assosiasiyasının birgə təşkilatçılığı ilə Kaliforniyanın San Xose şəhərində tanınmış azərbaycanlı pianoçu, Azərbaycanın xalq artisti mərhum Çingiz Sadıxovla vida mərasimi keçirilib

Yenixeber.org:  Tədbirdə mərhumun ailə üzvləri və dostları, Kaliforniyada yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Mərasimdə çıxış edən Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin prezidenti Həmid Azəri Çingiz Sadıxovun həyatı və yaradıcılığı haqqında danışaraq, onun Azərbaycan musiqi sənətinin inkişafına əvəzsiz töhfələr verdiyini və vəfatının Azərbaycan musiqisi üçün ağır itki olduğunu vurğulayıb. H.Azəri həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən Ç.Sadıxovun nəşinin yaxın günlərdə Azərbaycana aparılaraq dəfn ediləcəyini bildirərək, Azərbaycan Prezidentinin bu humanist addımının yüksək qiymətləndirildiyini bildirib.

Sonra çıxış edən mərhumun ailə üzvləri və digər icma nümayəndələri Çingiz Sadıxovun ömrünün son illərini ABŞ-da yaşamasına baxmayaraq, daim Vətəninə bağlı bir insan olduğunu, Azərbaycan musiqisinin Amerikada tanınması üçün əlindən gələni əsirgəmədiyini qeyd edib, mərhum haqqında xatirələrini paylaşıblar.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam