Redaktor seçimi
“Alfa LTD” şirkətinə növbəti ittiham:
“Bakı sarayları” mülk sahibləri ilə qarşıdurmada-
Yüzlərlə azərbaycanlının diri-dirini yandırıldığı məscid –
51 ilin neftçisi fəryad edir:
Alimin “İntihar kəndiri”:
Biləsuvarda analoqsuz “torpaq hərracı”:
Bir səfilin harayı:
Günün xəbəri

Səhiyyə Nazirliyi saxta saytla bağlı araşdırmalara başladı

 

Səhiyyə Nazirliyi saxta saytla bağlı araşdırmalara başladı

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi adından yaradılan və 50 faiz endirimlə arıqlamaq dərmanlarını satan saxta saytla bağlı artıq araşdırmalara başlanılıb.

Yenixeber.org: Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Məlumatda bildirib ki, bu işin arxasında kimlərin olması və nə məqsədlə belə etdikləri üzə çıxarılacaq.

“Onların yaydıqları məlumatlar tamamilə əsassızdır və saxta dərman satmaları araşdırılır. Araşdırma bitdikdən sonra saxta saytı açan şəxsə qarşı qanunvericilik çərçivəsində tədbirlər görüləcək və bu barədə ictimaiyyətə də məlumat veriləcək”.

Qeyd edək ki, yaradılan saytda Azərbaycanın səhiyyə naziri Otay Şirəliyevin yerinə nazir kimi Kərim İsmayılov göstərilib. Saytda 2015-ci ildən ölkədə artıq çəkidən əziyyət çəkənlərin 82 faiz artması və sağlamlıqla bağlı problemlərin də meydana gəlməsi kimi yalan informasiyalar verilib.(azvision)

Aytən Zəhra

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?

    Bəli
    Xeyr