Redaktor seçimi
Ağciyər Xəstəlikləri İnstitunda HƏQİQƏTdənkənar özününümayiş:
Binəqədi ziblixanalarında “yuyulan” dövlət vəsaiti:
ON İLLİYİN PROQNOZU –
Monopoliyanı doğuran “Bermud üçbucağı” belə yarandı-
DÜNYA 2018-ə 1,67 TRİLYONLUQ HƏRBİ BÜDCƏ İLƏ GEDİR-
Qorxmaz Hüseynovun qardaşına ağır ittihamlar:
“Broker Əbülfəz”dən yeni xəbər var:
Uzaqgörən siyasət nümunəsi
Günün xəbəri

Qayınatanın döydüyü gəlin qəza yaralıları arasında

 

 

 

Qayınatası tərəfindən döyülərək xəstəxanalıq olan gəlin avtobus qəzasının yaralılarına qarışıb

 

Yenixeber.org: Bu barədə Lənkəran Mərkəzi Rayon Xəstəxanasından bu gün Lənkəran-Bakı reysi üzrə hərəkət edən mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində baş vermiş qəzada yaralananlar barədə danışarkən məlumat verilib.

Xəstəxanadan verilən məlumata görə, qəza nəticəsində ümumilikdə 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralıların sayı 9 nəfər göstərilsə də, əslində 7 yaralı olub:

“Qəzada 7 nəfər yaralanıb. Aralarında ağır yaralı yox idi. Ümumi müayinədən sonra hamısı ambulator müalicəyə buraxılıb. Yaralılardan biri də “Xəzər Lənkəran” futbol klubunun oyunçusu Namiq Qarayev idi. O da ilkin müayinədən sonra evə buraxılıb”.

Klinikadan verilən məlumata görə, qəza yaralıları kimi siyahıya düşən iki şəxs isə qayınatası tərəfindən döyülən gəlin və onunla birgə xəstəxanaya müraciət edən şəxs olub:

“Səhər bir gəlin və yanında bir şəxs xəstəxananın Travmatologiya şöbəsinə müraciət etmişdi. Cavan gəlin idi. Qayınatası tərəfindən döyülmüşdü. Onun ardınca qəza yaralıları gətirilib. Səhvən siyahıya onların da adı düşüb. Qayınatası tərəfindən döyülən gəlin hazırda Travmatologiya şöbəsindədir”.

Qeyud edək ki, Lənkəran-Bakı reysi üzrə hərəkət edən, 85 CA 442 dövlət qeydiyyat nömrə nişanlı sərnişin mikroavtobusu rayonun Ürgə kəndi ərazisində 44 BO 008 dövlət qeydiyyat nömrə nişanlı “KİA” markalı avtomobillə toqquşub. Zərbənin gücündən sərnişin mikroavtobusu yolun kənarına aşıb. Nəticədə 7 nəfər yaralanıb.


Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?

    Bəli
    Xeyr