Redaktor seçimi
51 ilin neftçisi fəryad edir:
Alimin “İntihar kəndiri”:
Biləsuvarda analoqsuz “torpaq hərracı”:
Bir səfilin harayı:
Gömrük Komitəsi belə ləğv olunur:
Binəqədi ziblixanalarında “yuyulan” dövlət vəsaiti:
Monopoliyanı doğuran “Bermud üçbucağı” belə yarandı-
Qorxmaz Hüseynovun qardaşına ağır ittihamlar:
Günün xəbəri

ABŞ-dan Ukrayna üçün öldürücü silah:Kreml "hucum, yoxsa diplomatiya" dilemması qarşısında – TƏHLİL

Amerika hərbçiləri tank əleyhinə “Javelin” raketliyindən atəş açırlar

 

Апостроф (Ukrayna), 11.01.2018


Yenixeber.org: ABŞ 2014-cü ildə Ukraynada müharibə başlanandan bəri Kiyevə silah verməyi götür-qoy edib. Vaşinqton buna indi cürət etməyə hazırdır. ABŞ prezidenti Donald Tramp dekabrda Ukraynaya tank əleyhinə “Javelin” raket kompleksi daxil olmaqla öldürücü silah satmağı təqdir edib. Ştatlar sanki Rusiyanı fitnəkarlığa çəkməkdən əndiəşlənməklə öz hərəkətlərində ehtiyatlıdır ki, son qərar sırf müdafiə xarakterli tədbir kimi qəbul edilsin, Ukraynanın şərqindəki döyüşçülərə qarşı hərbi əməliyyatların təşviqi vasitəsi olmasın. Lakin Moskva bunu təcavüzkar akt kimi qəbul edir və şübhəsiz, bu və ya digər cavab tədbiri alacaq. Amerika Stratfor özəl kəşfiyyat-analitika şirkətinin  “Апостроф”un sərəncamında olan materialında bundan danışılır.

 

Ehtiyatlı hərəkət

 

ABŞ-ın əvvəlki administrasiyası da Ukraynaya silah vermək ehtimalını nəzərdən keçirsə də, bu yolla getməməyə üstünlük verib ki, Donbasda 2015-ci ildən bəri daha qeyri-intensivləşən münaqişənin eskalasiyasından yayınsın. Tramp vəzifəyə başlarkən eyham vurub ki, analoji yanaşma tərəfdarı olacaq. O, Rusiyaya təzyiqi artırmaq əvəzinə Ukraynada müharibə kimi məsələlərdə  Rusiya ilə əməkdaşlığa üstünlük verib. Amma Trampın prezidentliyinin birinci ilində Vaşinqtonla Moskva arasında münasibətlər ancaq pisləşib. Konqres 2017-ci ildə Rusiyaya qarşı daha ciddi sanksiyalar qəbul edib və bu il daha sərt tədbirlər ala bilər. Eyni zamanda Tramp administrasiyasının rəsmi şəxsləri, o cümlədən müdafiə naziri Ceyms Mettis, milli güvənlik üzrə müşavir Hebert Makmaster və ABŞ prezidentinin Ukrayna üzrə özəl təmsilçisi Kurt Uolker Ukraynaya öldürcü silah tədarükü üçün daha qətiyyətlə çıxış ediblər.

Bununla belə, administrasiya bu məsələdə ehtiyatlı davranır. Ağ Ev məmurlarından biri anonimlik şərtilə “The Wall Street Journal” nəşrinin jurnalistlərinə deyib ki, Ukraynaya vəd edilmiş “Javelin” raketləri cəbhə xəttindən uzaqda ölkənin qərbində Amerika hərbçilərinin ciddi müşahidəsi altında yalnız tədris qəsdilə istifadə olunacaq. Vaşinqton bu qayda ilə təkcə hərbi əməliyyatların fəallaşmasından yayınmaq deyil, həm də əmin olmağa ümid edir ki,  onun silahı yaraqlıların və onların rusiyalı qəyyumlarının əlinə keçməyəcək.

 

Cavab atəşi

 

Amma bu, Moskvanı sakitləşdirməyib. RF xarici işlər naziri müavini Sergey Ryabkov silahla bağlı sazişdən sonra ABŞ-ı “müharibəni qızışdırmaqda əlbir” adlandırıb. Və ehtimal ki, Rusiyanın ittihamı bu reaksiya ilə məhdudlaşmayacaq. Məsələn, MoskvaDonbasda döyüşçülərə dəstəyi artırmaqla bu addıma cavab verə bilər ki, onlar Ukrayna hərbçilərinə bərabər texniki vasitələrə malik olsunlar. Ukrayna parlamentinin deputatı Dmitri Tımçuk bildirib ki, Rusiya hərbçiləri zirehli texnikanın “Javelin” raketindən müdafiəsi texnologiyası üzərində işləyirlər. Döyüşçülərin cəbbəxanasının gücləndirilməsi Ştatlarla münasibətləri pisləşdirməyən Ukrayna üçün öldürücü silahlar haqda Amerika sazişinə cavab verməkdə Rusiya üçün ən yaxşı variant olar.  Bundan savayı, Moskva asimmetrik cavab seçə bilər. Rusiya Ukraynaya qarşı müntəzəm şəkildə işlətdiyi güvənlik qüvvələri təmsilçiləri və məmurların qətli,  kiberhücumlar, iqtisadi məhdudiyyətlər və siyasi manipulyasiyalar daxil olmaqla hibrid taktikadan istifadə edə bilər ki, ölkəyə və onun qərbli tərəfdaşlarına daha böyük basqı göstərsin. Kreml hətta bu üsulları Ukrayna hüdudlarından kənarda, məsələn, Suriyada və yaxud Avropa civarında tətbiq edə bilər ki, Ukrayna hökumətinə dəstəyin güclənməsinə görə ABŞ-a əvəz ödəsin. Ən nəhayətdə, Rusiya keçmişdə analoji strategiyanı dəfələrlə təqib edib.

Moskva üçün üçüncü variant – cavabı hələlik təxirə salmaq və diplomatiyanın xeyrinə seçim etməkdir. Qarşıdakı prezident seçkilərinə iki ay qalmış Rusiya administrasiyası bunda maraqlıdır ki, Ukraynada münaqişənin yayılmasından qaçsın və ABŞ sanksiyaları genişləndirməklə Rusiyanın iqtisadi problemlərini ağırlaşdırmasın. Sülhməramlı əməliyyyatlar haqda ABŞ-la danışıqlar da Vaşinqtonun Moskvaya daha sərt sanksiyalar qərarını təxirə salmaqda eynilə bu cür yardım edir.

Ən azı, Ukrayna üçün silah haqda saziş indiyədək Donbasda ayırıcı xətdə hərbi əməliyyatları fəallaşdırmayıb. ABŞ-ın qərarı elan ediləndən bir neçə gün sonra əsirlərin böyük miqyaslı mübadiləsi keçirilib. Lakin Ştatlar və yaxud Avropa Birliyi Rusiyaya qarşı sonrakı məhdudlaşdırıcı tədbirlər görsə və yaxud güvənlik sahəsində təcavüzkar hesab edilən addımlar atsa, o zaman cavabında Kreml öz mülahizəsiylə “atəş açacaq”.


Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?

    Bəli
    Xeyr