Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Yusif Vəliyev:Uşaq futbolu bizdə inkişaf edir - MÜSAHİBƏ

Yusif Vəliyev:

 

 

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev son vaxtlar idman mətbuatında ən çox tənqidə məruz qalan şəxslərdən biridir. O, uşaq futbolunun inkişaf etməməsində birbaşa məsuliyyət daşıyan şəxslərdən biri kimi göstərilir

 

Yenixeber.org: Yusif Vəliyevlə əlaqə saxlayaraq mətbuatda onun haqda gedən yazılara münasibət öyrənib.

– Yusif bəy, mətbuatı izləyirsiniz?

– Təbii ki, imkan daxilində izləməyə çalışıram.

– Mən ictimai-siyasi mətbuatı yox, daha çox idman KİV-ni nəzərdə tuturam.

– İşimizlə əlaqədar olaraq idman mətbuatında gedən xəbərləri də oxuyuram.

– Sizin uşaq futbolunun inkişafına mane olduğunuz bildirilir. Üstəlik keçirdiyiniz liqalarda yetərincə qanun pozuntularının olduğu hər tur AFFA İntizam Komitəsinin çıxardığı qərarlara əsasən ictimaiyyətə bəlli olur. Buna görə də sizin fəaliyyətiniz qınanılır. Belə demək mümkünsə, fəaliyyətinizin ancaq medal təqdim olunması ilə kifayətləndiyi bildirilir. Siz isə heç vaxt bu ittihamlara cavab verməmisiniz. Bu isə o anlama gəlir ki, susursunuzsa, ittihamlarla razısınız...

– Həmin yazıların bəziləri ilə tanışam. Əvvəla, indiyədək hər hansısa mətbuat əməkdaşı mənim bu barədə mövqeyimi öyrənmək istəməyib. Mən hər zaman media nümayəndələrində öz sahəmə dair qaranlıq qalan məqamları aydınlatmağa hazıram. İkincisi, mən uşaq futbolunun inkişafına cavabdeh olan şəxs deyiləm. Mənim rəhbərlik etdiyim şöbə yalnız uşaq futbolu ilə bağlı yarışların keçirilməsinə cavabdehlik daşıyır. Düşünürəm ki, uşaq futbolu bizdə inkişaf edir. Ancaq bu sahəyə mən cavabdeh deyiləm...

– Bəs kim cavabdehdir?

– Bunun üçün mümkünsə, AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamenti ilə əlaqə saxlayın. Onlar sizə uşaq futbolunun inkişafında məsul olan şəxsləri və ya qurumu açıqlayarlar. Təkrar edirəm ki, bizim şöbə yalnız təşkilati işlərlə məşğuldur. Məsələn, oyunlar üçün stadionların təşkili, oyunların cədvəli, komandaların məlumatlandırılması, qeydiyyat və s. məsələlər bizə aiddir. Məhz bunun nəticəsidir ki, AFFA-nın yeni yaratdığı Region Liqasının İşçi Qrupuna da bizim şöbə cəlb olunub. Çünki həmin liqanın təşkilatçılığında bizim şöbənin də rolu var.

– Siz dediniz ki, uşaq futbolu bizdə inkişaf edir. Axı, hər tur uşaq liqasında kifayət qədər pozuntu halları aşkara çıxır. Belə olan halda hansı uşaq futbolunun inkişafından danışmaq olar ki?

– Birincisi, bu mənim şəxsi fikrimdir ki, bizdə uşaq futbolu inkişaf edir. Bunu da belə əsaslandıra bilərəm ki, bizdə əvvəllər uşaq liqaları keçirilmirdi. İndi isə şükürlər olsun ki, respublika üzrə 9 liqa keçirilir. Hər həftə U-10 liqasından U-19-a kimi AFFA-nın saytında statistik yazılar dərc olunur. Məsələn, cari mövsümün ilk 3 ayı ərzində liqa oyunlarının 99 faizi keçirilib. Cəmi 1 faiz oyunlar keçirilməyib ki, bu da bizim məsələyə obyektiv yanaşmamıza görə baş tutmayıb. Belə ki, oğlan liqalarında bəzi komandaların tərkibində yetərsay olmadığını və ya “lipa”ların olduğunu bizim əməkdaşlar müəyyənləşdirib. Düzdür, bunda hakimlərin də rolu olub. Hər halda istəsəydik, biz oyun xətrinə bu qaydaya əməl etmədən matçları keçirə bilərdik. Lakin biz özümüz AFFA İntizam Komitəsini bu məsələlər barədə məlumatlandırmışıq. Deyərdim ki, oğlanlar liqasında belə qayda pozuntularına görə texniki məğlubiyyətlərin sayı o qədər də çox olmayıb.

– Ancaq qızlar liqasında kifayət qədər belə pozuntu halları aşkar edilib...

– Məsələ burasındadır ki, bizim şöbə yalnız oğlan komandaların iştirakı ilə keçirilən liqalara görə məsuliyyət daşıyır. Qızların liqasını başqa şöbə təşkil edir...

– Maraqlıdır. Bu hansı şöbədir və rəhbəri kimdir?

– AFFA-da Qadın Liqasının Təşkili Şöbəsi var. Həmin şöbənin rəhbəri Nəriman Axundovdur. Qadın liqaları ilə bağlı suallara ondan cavab tapmaq olar.

Related image

– Sizin tənqid olunduğunuz məqamlardan biri də marketoloq olmağınızdır. Sizin savadlı marketoloq olmağınıza heç kim heç nə demir. Bunu müxtəlif telekanallarımıza verdiyiniz müsahibələr zatən sübut edir. Sadəcə olaraq öz “feysbuk” səhifənizdə uşaq futbolu ilə bağlı paylaşımlar etmirsiniz. Digər işiniz olan marketinqlə bağlı müsahibələrinizi ictimaiyyət arasında göstərməklə sanki ən əsas işinizin bu olduğunu qabartmağa çalışırsınız...

– Bilirsiniz, bu mənim şəxsi profilimdir. Heç kim mənə orda hansı paylaşımları etməyimə dair irad tuta bilməz. Hətta öz yaxınım belə. Əslində vaxt olub ki, uşaq liqaları ilə də bağlı paylaşım etmişəm. Məsələn, dekabrın 27-də sizə bayaq dediyim statistik məlumatı öz səhifəmdə paylaşmışdım. Mən səhər saat 9-dan axşam saat 6-ya kimi AFFA-nın əməkdaşıyam. Axşam 6-dan sonra özümüm şəxsi işlərimi görməyimə görə mənə söz deyilə bilməz. 6-dan sonra sərbəst insanam, “feysbuk”da marketinqlə bağlı paylaşım da edə bilərəm. Mən 2009-cu ildə İqtisad Universitetinin “Marketinq və menecment” ixtisasını bitirmişəm. Diplom işim isə futbol menecmentinə aid olub. Adı belə olub: “Qloballaşan dünyada idman menecmenti və marketinqi”. “Menecment” - “idarə etmək” deməkdir. Yəni bu şöbədə yer almağım təsadüfi deyil. İxtisasım buna yol verir. Üstəlik, UEFA-nın keçirdiyi, İngiltərə Futbol Assosiasiyasının təşkil etdiyi seminarlarda iştirak etməklə sırf bu sahədəki biliklərimi təkmilləşdirməyə çalışmışam.

– Daha çox paylaşımlara yer verdiyiniz “Modern Marketinq Qrup” şirkətinin rəhbəri sizsiniz?

– Mən həmin şirkətin təsisçisiyəm. Bu şirkət mənim işimə mane olmur. Zatən şirkətin gördüyü iş marketinq sahəsində aparılan analizlərlə bağlıdır, mənim uşaq futbolumdakı fəaliyyətimə mane olmur. Şənbə-bazar günləri mən stadionda – daha çox Mərdəkandakı “Dalğa Arena”da oluram. İstənilən jurnalisti orda görməkdən şad olaram.

– Son sualım. Necə oldu ki, AFFA-ya gəldiniz? Gəlişinizdə AFFA-nın baş katibi Elxan Məmmədovla şəxsi tanışlıq rol oynadı?

– Sizə səmimi cavab verəcəyəm. Mən 2009-cu ilin yanvarından – təxminən 10 ilə yaxındır ki, AFFA-da işləyirəm. Orda işləməyimin səbəbi ora göndərdiyim CV-dir. Yəni həmin tərcümeyi-hal sayəsində işə qəbul olunmuşam. Bir müddət təcrübə keçdikdən sonra, AFFA-nın tam ştatlı işçisi olmuşam. Əvvəl AFFA-da mütəxəssis, daha sonra baş mütəxəssis vəzifəsinə təyin edilmişəm. Bizim şöbənin 6 əməkdaşı var. Onlar da mənim kimi bu yolla işə götürülüblər... Mən 1998-ci ildən bəri futbolun içindəyəm. Özüm əvvəl “Futbol+”, “Futbol+qol” qəzetlərinin hər sayını alıb oxuyan olmuşam. O vaxtlar istər millinin, istərsə də klublarımızın keçirdiyi beynəlxalq görüşləri stadiondan izləmişəm. Tək-tük oyun olar ki, həmin matçları tribunadan izləmək imkanım olmayıb. 2002-2003-cü illərdə ovaxtkı “Şəfa” komandasında aşağı yaş qruplarında da oynamışam. Hətta milli bir dəfə rəqib tapa bilməmişdi və ikitərəfli oyun keçirməli olmuşdu. Onda Aleksandr Səmədov da milliyə gəlmişdi. Bax, həmin oyunda mən “Şəfa” stadionunda topdaşıyan uşaqlardan biri idim (gülür). Dizimdə zədəm olduğundan və universitetə hazırlaşdığımdan, futbolu erkən atmalı oldum.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam