Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Sabah bu rayonda qaz olmayacaq

Sabah bu rayonda qaz olmayacaq

 

 

Yanvar ayının 12-də saat 10:00-dan etibarən Binəqədi rayonunun 6, 7, 8 və 9-cu mikrorayonlarında, Rəsulzadə, Biləcəri və Xutor qəsəbələrində, eləcə də Motodrom ərazisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq

 

Yenixeber.org: “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, məhdudiyyət Binəqədi rayonu Vorovski qəsəbəsi ərazisində istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə uzun müddət istismar olunmuş, mövcud diametri 159 mm-lik aşağı təzyiqli qaz xəttinin əvəzlənməsi üçün yeni çəkilmiş, diametri 110 mm-lik polietilen orta təzyiqli yeraltı qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, qaz xəttindən ayrılmalar üzərində qaz tənzimləyici qurğuların quraşdırılması və avtomobil yolunun təmiri ilə bağlı tikinti sahəsinə düşən qaz xətlərinin rekonstruksiyası ilə əlaqədardır.

Fasilələr işlər yekunlaşanadək davam edəcək.

"Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir", - deyə məlumatda qeyd olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam