Yenixeber.org: Əməkdaşlarımız etirazın nədən qaynaqlandığını dəqiqləşdirmək üçün hadisə baş verən əraziyə ikinci dəfə yollanıb. Bu dəfə isə vəziyyət bir az fəqli olub.

Belə ki, PPX maşınları gözə dəyməsə də, əməkdaşlarımızdan biri məcburi köçkünlərin məskunlaşdığı binanın şəklini çəkərkən polis onlara yaxınlaşıb. Əsayiş keşikçisi onlara yaxınlıqdakı polis qərargahından icazə almadan çəkiliş aparmağın qadağan olunduğunu bildirib. Sonda isə repartyorlarımıza rayonun İcra Hakimiyyətindən müvafiq icazə kağızı almaq məsləhət görülüb.

Bu da ərazinin ciddi nəzarətdə saxlandığını göstərir. Buna baxmayaraq, əməkdaşlarımız həmin binada yaşayan sakinlərlə söhbət edə biliblər. Bina sakini Mübariz Əzimov minval.info-ya bildirib ki, binanın sökülməsi barədə əmr verilib. Bunun qarşılığında isə ona sahəsi 60 kv. metr mənzil təklif edilib:

“Ailəmiz 4 nəfərdən ibarətdir. Yoldaşım üçüncü qrup əlildir. 23 yaşında bir oğlum, 24 yaşında qızım var. Bizə 113 kv metr sahəsi olan mənzil söz vermişdilər. Amma deyildiyi kimi olmadı. Bir otaqlı evi ortadan iki yerə bölüb bizə veriblər, digərlərinə heç bir kompensasiya ödənməyib”.

Sakinləri iddia edir ki, qadınları, uşaqları məcburi evlərindən çıxarırlar. Söküntü işləri aparılarkən bəzi sakinlərin əşyalarının dağıntılar altında qaldığı da deyilir.

Məsələ ilə bağlı Minval.info Binəqədi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışıb. Lakin hər zaman olduğu kimi telefon zənglərinə cavab verən olmayıb.Minval.info