Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

UNUDULMAZ TARİXİ ŞƏXSİYYƏTLƏR SİLSİLƏSİNDƏN

 

 

 

II QRUP

AZƏRBAYCANIN SİYASİ XADİMLƏRİ

 

Yenixeber.org: 

 

(əvvəli ötən tariximizdə) 

 

 

1.BAĞIROV Mir Cəfər haqqında ASE-in birinci cildinin 532 və 533 –cü səhifələrində məlumat yoxdur. Ancaq Fazil Məmmədovun 2014-cü ildə çapdan çıxmış “Mir Cəfər Bağırov Kreml ixtilafları burulğanında” adlı 693 səhifəlik kitabında 1920-1953-cü illərdə Azərbaycana rəhbərlik etmiş M.C. Bağrov haqqında ətraflı məlumat verilmişdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

MUSTAFAYEV İmam Daşdəmir oğlu (d.25.2. 1910, indiki Qax rayonunun Qax ş.) Genetik və selksiyaçı. Biologiya e.d. (1964), prof. (1965). Azərbaycan Respublikası EA aka. (1950).1934-40 –cı illərdə AKTİ-də dekan,kafedra müdiri,elmi işlər və tədris hissəsi üzrə rektor müavini, 1940-54 –cü illərdə Azərbaycan Respublikası Dövlət nəzarəti komissiyasının 1-ci müavini, Azərbaycan Respublikası kənd təsərrüfatı naziri, AKP Gəncə Vilayəti Komitəsinin 1-ci katibi, AKP MK katibi (1954-59 –cu illərdə AKP MK 1-ci katibi),Azərbaycan Respublikası EA-nın Genetika və Seleksiya İnstitutunda şöbə müdiri olmuş (1954-70), 1971-ci ildən həmin institutun direktorudur (cild VII,s.105).

 

 

 

 

 

 

 

 

AXUNDOV Vəli Yusif oğlu ( d.14.5.1916,Bakı)-tibb alimi. Azərbaycan Respublikası E A akad. (1969), tibb e.d. (1964),prof.(1966). A.1941-ci ildə Azərbaycan Dövlət Tibb institutunu bitirərək Sovet Ordusu sıralarında xidmət etmişdir. Azərbaycan Dövlət Tibb İnstitunda assisent,Q. M.Musabəyov ad. Virosologiya,Mikrobiologiya və Gigiyena İstitutunda elmi işçi və direktor, Tibb İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri(1946-49), Azərbaycan Respublikası səhiyyə nazirinin müavini (1949-1952), AKP MK-da şöbə müdirinin müavini (1953-54), Azərbaycan Respublikası səhiyyə naziri(1954-58 ),AKP MK katibi (1958), Azərbaycan Respublikası Nazirlər Sovetinin sədri (1958-59),AKP MK-nın birinci katibi (1959-69)işləmişdir. Azərbaycan Respublikası EA prezidentinin müavini (1969-72) olmuşdur... Lenin ordeni, və başqa orden və medallarla təltif olunmuşdur (cild I, səh.495).

QEYD:1.İ.D.Müstafayev AKP MK-nın 1-ci katibi vəzifəsində 5 il, V.Y. Axundov AKP MK-nın 1-ci katibi vəzifəsində 10 il fəaliyyət göstərsə də , bu kimi ali səviyyəli şəxslər əsasən elmi fəaliyyətləri-yaradıcılıqları ilə öndə olmuşlar.

HEYDƏR Əlirza oğlu Əliyev (10.5 1923, Naxçıvan-12.12.2003.Bakı). 20-ci əsrdə Azərbaycan hakimiyyətində ən güclü tarixi şəxsiyyətlərdən biri , 1944-cü ildən təhlükəsizlik orqanlarında çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin ildə o, Leninqradda xüsusi ali təhsil alıb. 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakultəsini bitirib. Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və Baş katib Mixail Qarbacovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifədən istefa verib.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında Sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar olaraq ertəsi gün Azərbaycanın Noskvadakı nümayəndəliyində bəyanətlə çıxış edərək,Azərbaycan xalğına qarşı törədilmiş cinayətin iştirakcıları və icracılarının cəzalandırılmasını tələb edib. O. Dağlıq Qarabağdayaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərg edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda,sonra isə Naxçıvanda yaşayıb, həmin

ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O,1991-1993-cü ildə Naxcıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.

Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabr ayının 10-da keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçiriləcək prezident seçkilərində namizədliyininin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədər seckilərdə iştirak etməkdən imtina edib.

Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev2003-cü il dekabrın 12-də dünyasını dəyişib.

 

(Ardı var)

 

Quliyev Elxan Sarı oğlu 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam