Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Tacikistanda polis Rusiyaya köçmək istəyənləri dağıtdı –VİDEO

Tacikistanda polis Rusiyaya köçmək istəyənləri dağıtdı –

 

 

 

 

Tacikistanın paytaxtı Düşənbədə polis qüvvələri Rusiya Daxili İşlər Nazirliyinin nümayəndəlik binası qarşısına toplaşan və Rusiya Federasiyasına köçmək üçün ərizə ilə müraciət etməyə çalışan sakinləri ərazidən uzaqlaşdırıb  

Yenixeber.org: Bu barədə “Радио Озоди” (“Azadlıq Radiosu”nun yerli xidməti) məlumat yayıb.

Məlumata görə, yanvarın 9-da  binanın qarşısına 2500-ə yaxın insan toplaşıb. Onlardan bəziləri özlərini aqressiv aparıb. “Азия-плюс” agentliyi qeyd edir ki, Tacikistan sakinlərinin hiddəti nümayəndəliyin iş qrafiki ilə əlaqəli olub. Yerli sakinlər ərizə vermək üçün nümayəndəliyə həftə ərzində bir neçə dəfə gəlsə də, nümayəndəlikdə hələ qəbul yoxdur. Belə ki, Rusiyada Yeni il və milad bayramı ilə əlaqəli qeyri-iş günləri davam edir (Qeyd edək ki, Tacikistanda yeni il bayramında qeyri-iş günləri cəmi 3 gündür – red.). Agentliyin məlumatına əsasən, ərizəni onlayn şəkildə də təqdim etmək olar.   

“Vəziyyət nəzarətdən çıxıb və nümayəndəliyin əməkdaşları polis çağırmaq məcburiyyətində qalıb. Hadisə yerinə gələn polis dəstələri izahat işləri apararaq, insanları sakitləşdirib, asayıişi bərpa edib”, – deyə Tacikistan DİN mətbuat xidmətinin rəisi Umarcon Emomali bildirib.

“Азия-плюс” qeyd edir ki, anoloji hadisə 2017-ci ilin yanvar ayında da müşahidə olunub. Həmin vaxt Rusiya DİN nümayəndəliyinin ofisinə eyni vaxtda minə yaxın insan axın edib.

Nümayəndənin əməkdaşları bu qədər insan axını ilə ilk dəfə qarşılaşdıqlarını bildiriblər.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam