Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Ermənilər Qarabağa görə ölkədən qaçır

 

 

 

Son 5 ildə 15 min erməni vətəndaşlıqdan imtina edib

Yenixeber.org: Son illərdə Ermənistan vətəndaşlığından imtina edənlərin sayı sürətlə artıb. Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Ermənistan polisinin pasport-viza departamentinin mətbuat xidmətindən yerli mətbuata bildirilib ki, təkcə 2017-ci ildə 3823 erməni ölkə vətəndaşlığından imtina etdiyi barədə ərizə təqdim edib. Departament son illərin statistikasını da açıqlayıb. Belə ki, 2012-ci ildə 968, 2013-cü ildə 1461, 2014-cü ildə 2407, 2015-ci ildə 2487, 2016-cı ildə 3863 və 2017-ci ildə 3823 nəfər Ermənistan vətəndaşlığından imtina edib. Beləliklə, son 5 ildə 15 min erməni Ermənistan vətəndaşlığından imtina edərək, yaşamaq üçün ölkə xaricinə üz tutub. Erməni mediası xüsusi vurğulayıb ki, bu axın Serj Sərkisyanın başçılıq etdiyi hakim Respublikaçılar partiyasının rəhbərliyi dövründə baş verib. Polis vətəndaşlıqdan imtin edən ermənilərin əsasən hansı yaş kateqoriyasına aid olduğunu açıqlamayıb. Ancaq erməni ekspertlər ölkədən axın edənlərin böyük əksəriyyətinin gənclərdən ibarət olduğunu etiraf edir. Gənclər Azərbaycanın tarixi ərazisi olan Qarabağ torpaqlarında ölməmək üçün yeganə çıxış yolunu ölkədən qaçmaqda görürlər. Hətta Ermənistan ordusunun komplekstləşdirilməsində problem yaranması səbəbindən hakimiyyət tələbələrə hərbi xidmətdən möhlət hüququnu ləğv etdi.

Respublika partiyasının deputatı, keçmiş polis rəisi Alik Sərkisyan da mediaya açıqlamasında deyib ki, ölkədən axın məsələsi hazırda Ermənistanın bir saylı problemidir. Sərkisyan da etiraf edib ki, vətəndaşların əhəmiyyətli hissəsi erməni ordusunda xidmətdən imtina məqsədilə vətəndaşlıqdan imtina ediblər. “Bu, bizim ölkə üçün çox böyük rəqəmdir”-deyən sabiq polis rəisi əlavə edib ki, hər kəsin ölkəni tərk etmək üçün özünün əsasları var.

Yeri gəlmişkən, təkcə 2018-ci ilin ilk həftəsində Qarabağdakı erməni hərbçilərindən 2-si ölüb, 4-ü isə ağır yaralanıb. Onların hamısı Ermənistan vətəndaşı olan gənclərdir. Bu kimi faktlar isə ölkədən miqrasiyanı gücləndirir.(müsavat)

E.PAŞASOY


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam