Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Gecikən müavinətlər ödənildi- Nazirlik

Gecikən müavinətlər ödənildi

 

 

Gecikdirilmiş əmək haqları və sosial xarakterli digər ödənişlərin işçilərə ödənilməsi təmin edilib

 

Yenixeber.org: Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev məlumat verib.

Onun sözlərinə görə, nazirlik yanında 2017-ci ildə işəgötürənlər tərəfindən 103 334 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub.

Həmin vəsaitin 91,6 faizini əmək haqları, 5,5 faizini işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalardır. Qalan hissəsini zərərə görə ödənişlər təşkil edib. Vətəndaş müraciətlərinin araşdırılması zamanı qanunvericiliyin tələblərinə zidd şəkildə işdən azad edildiyi müəyyən olunan 12 nəfər vətəndaşın hüquqları bərpa olunaraq, onlar yenidən əvvəkli iş yerlərinə bərpa etdiriliblər.

Bu tədbirlər çərçivəsində həmçinin xidmətin əməkdaşları tərəfindən aidiyyəti işəgötürənlərə əmək haqqı və digər sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları, habelə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülməli olan tədbirlər barədə qanunvericiliyin müvafiq maddələri izah olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam