Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"Türkiyənin dövlət ənənəsində də davamlılıq əsasdır"

 

Türkiyədə hansı hökumət olursa olsun, hansı şəxs baş nazir, prezident olursa olsun, Azərbaycana münasibətdə dəstək, qardaşlıq məsələsində bir dəyişiklik ola bilməz.

 

    "Xeberinfo.com": Bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib. Səfir qeyd edib ki, Türkiyədə tarixi bir olay yaşanıb və ilk dəfə ümumxalq səsverməsi ilə prezident seçilib: “Ancaq istər Türkiyə prezidenti səlahiyyətlərinin icrasına başlayacaq Rəcəb Tayyib Ərdoğanın, istərsə də baş nazir səlahiyyətlərini icra edəcək Əhməd Davudoğlunun dediyi kimi, bu, bir bitmə deyil, davamdır. Türkiyənin dövlət ənənəsində də davamlılıq əsasdır. Ancaq Türkiyədə bir qan dəyişikliyi yaşanır və bu dəyişikliyin müsbət nəticələrinin olacağını düşünməyimiz lazımdır”.

 

İ.Coşqun bildirib ki, Türkiyə Nazirlər Kabinetində də dəyişikliklər olacaq. O qeyd edib ki, hər yeni gələcək nazir, Türkiyəni inkişaf etdirməyə, Azərbaycanla münasibətləri inkişaf etdirməyə çalışacaq.

 

“Rəcəb Tayyib Ərdoğan da ilk rəsmi səfərini gələn həftə Azərbaycana edəcək. Bunun özü bütün suallara cavabdır”, – deyə o vurğulayıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam