Redaktor seçimi
Ağciyər Xəstəlikləri İnstitunda HƏQİQƏTdənkənar özününümayiş:
Binəqədi ziblixanalarında “yuyulan” dövlət vəsaiti:
ON İLLİYİN PROQNOZU –
Monopoliyanı doğuran “Bermud üçbucağı” belə yarandı-
DÜNYA 2018-ə 1,67 TRİLYONLUQ HƏRBİ BÜDCƏ İLƏ GEDİR-
Qorxmaz Hüseynovun qardaşına ağır ittihamlar:
“Broker Əbülfəz”dən yeni xəbər var:
Uzaqgörən siyasət nümunəsi
Günün xəbəri

Koreyalı həkimləri qaçan, xəstələri aldadan Koreya Şərq Təbabəti klinikasından– Reportaj

Koreyalı həkimləri qaçan, xəstələri aldadan Koreya Şərq Təbabəti klinikasından

 

 

 

Bakının “Azneft” meydanı yaxınlığında, Əl Oyunları sarayı ilə üzbəüzdə bir klinika fəaliyyət göstərir.

 

► Koreyalı həkimlərin 1 illik planı

Yenixeber.org:  Neftçilər prospekti 65 ünvanında yerləşən ofis Koreya Şərq Təbabəti Klinikasının şöbəsidir.

SEBA Assosiasiyası ilə Kyung Hee Universiteti arasında müqavilə əsasında bu tibb ocağı fəaliyyət göstərməkdədir.

Koreyalı həkimləri qaçan, xəstələri aldadan Koreya Şərq Təbabəti klinikasından

 

Klinikada həm azərbaycanlı, həm koreyalı həkimlər çalışırlar. Ancaq koreyalı həkimlərin əksəriyyəti mövsümi xidmət göstərib.

Onların çoxu cəmi 1 il işləyərək Azərbaycanı tərk ediblər. Hazırda klinikada az sayda koreyalı həkim qalıb. Bu da işin müəmmalı tərəflərindən biridir.

Hətta onların əksəriyyəti işlədikləri bir il ərzində 3-4 pasient qəbul ediblər, ya yox. Buna səbəb vətəndaşların sözügedən klinikaya inanmamasıdır.

Xəstələri adıçəkilən klinikaya aparanlar müştəri qazandırmaq üçün “makler”lik edirlər. Amma vətəndaşlar klinikaya daxil olanda aldadılmasının şahidi olurlar. Çünki onlara göstərilən xidmətlər heç bir fayda vermir.

Koreyalı həkimləri qaçan, xəstələri aldadan Koreya Şərq Təbabəti klinikasından

 

► “Makler”lər müştəri tapır

Koreya Şərq Təbabəti klinikası ürək-qan-damar, mədə-bağırsaq, nevroloji, tənəffüs yolları, əzələ-oynaq, ginekoloji, dermatoloji, allergiya, piylənmə, xroniki yorğunluq xəstəliklərinin müalicəsini təklif edir.

Habelə, akupunktura (müxtəlif növ iynəbatırma), moksibişn terapiyası (dərinin müalicəvi maddələrlə dağlanması) vakuum terapiyası, autotens terapiyası, (ağrıkəsici elektroterapiya) nöqtə masajı, infraqırmızı işıqla müalicə, Koreyanın bitki mənşəli dərmanları ilə müalicə, teypinq (xüsusi plastrlarla müalicə) kimi xidmətlər var.

Koreyalı həkimləri qaçan, xəstələri aldadan Koreya Şərq Təbabəti klinikasından

 

Ancaq bütün bu dekorasiya heç nəyi həll eləmir. Koreya Şərq Təbabəti klinikasına üz tutanlar şəfa tapmırlar, iynəbatırma və s. yollarla terapiya keçənlərə bir xeyri toxunmur.

Üstəlik, professor kimi təqdim olunan həmin koreyalı həkimlər öz vətənində işsiz qalan, tanınmayanlardır. Bakıda isə onların piarı aparılır və dəllallar müştəri tapıb klinikaya daşıyırlar.

► 2500 manat, dərman riski və 17 koreyalıdan cəmi 4-ü

Klinikanın reklamında həkimlərin adları da qeyd olunub: Kim Yonq Sok, Li Yun-Ho, Hvanq Min-Vu, An Se-Yong, Yum-Yonq-Cim, Co Seunqhum, Kim Kyu Seok, Nam Donqvu, Çink Von Suk, Çoyu Qaya, An İk Keyum, Kim Si Younq…

Klinikada iynəbatırma, bel bankası ilə nöqtələrə təsir və digər Şərq üsulları ilə müalicə aparılır. Koreyalı həkimin qəbulu 80-100 manatdır.

Koreyalı həkimləri qaçan, xəstələri aldadan Koreya Şərq Təbabəti klinikasından

 

Həkim sizin xəstəliyinizi müəyyənləşdirəndən sonra həftədə iki dəfədən az olmayaraq gələcəksiniz. Hər dəfə də əlavə ödənişlər olacaq.

Əlavə ödənişlər 50 manatdan 100 manatadəkdir. Həkimin yazdığı dərmanlar isə yalnız klinikanın öz aptekində satılır.

Koreyalı həkimləri qaçan, xəstələri aldadan Koreya Şərq Təbabəti klinikasından

 

Dərmanlar sifarişlə, məxsusi olaraq klinika üçün gətirilir. Dərmanların xəstəyə mənfi təsir edəcəyi halda geri qaytarılması mümkün deyil.

Bununla bağlı kassada xüsusi xəbərdarlıq asılıb. Yəni, məsuliyyət daşımırlar. Bir sözlə, Koreya həkimlərinin Şərq təbabəti üsulu ilə müalicəsi 1700-2500 manata gəlir.

Koreyalı həkimləri qaçan, xəstələri aldadan Koreya Şərq Təbabəti klinikasından

 

Əslində məlum olur ki, klinikada 17 koreyalı həkimin işlədiyini elə-belə, sadəcə reklam xətrinə söyləyiblər. Klinikada Koreya vətəndaşı olan cəmi 3-4 həkim işləyir.

Koreyalı həkimləri qaçan, xəstələri aldadan Koreya Şərq Təbabəti klinikasından

 

► Öz ölkəsində iş tapmayan həkimlər

Onu da deyək ki, 2009-cu ildən indiyədək 88 əcnəbi həkimə Azərbaycanda işləmək və ya müayinə aparmaq üçün icazə verilib.

2012-2013-cü illərdə 17 Türkiyə, 1 İtaliya, 2 Cənubi Koreya, 3 Cənubi Afrika, 6 Rusiya, 1 Bolqarıstan, 1 Almaniya, 1 ABŞ, 1 Ukrayna, 8 İran İslam Respublikası, 1 Norveç vətəndaşına Azərbaycanda işləmək üçün icazə təqdim olunub.

Məlum olub ki, yüksək ixtisaslı mütəxəssis, professor kimi dəvət edilən həkimlər arasında öz ölkəsində iş tapa bilməyənlər də var.

Amma onlar Azərbaycanda elə reklam olunur ki, qulaq həkimi ürək, kardioloq isə ginekoloji müayinələr aparmaqdan çəkinmir.Yunis Cəfərov/AzEuroNews/

 

 


Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?

    Bəli
    Xeyr