Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Bakıda məktəbi qarışdıran 9 yaşlı şagirddən- Son xəbər

Bakıda məktəbi qarışdıran 9 yaşlı şagirddən

 

 

Bakı şəhəri, Nəsimi rayonu 14 nömrəli məktəbdə qarışıqlıq yaradan şagirdin problemi həll edilib. O, artıq öz sinfində sakit şəkildə dərslərinə davam edir. Lakin ona dərs keçən müəllim, yəni sinif rəhbəri hələ də müalicə alır

 

Yenixeber.org: Bu barədə Bakı Şəhəri üzrə Təhsil Şöbəsindən məlumat verilib. Məlumatda sözügedən problemə görə uşaqlarını məktəbə buraxmayan valideynlərlə söhbətlər aparıldığı bildirilib:

“Həmin şagird (müəyyən səbəblərə görə şagirdin adı qeyd olunmur) hazırda 3 E sinfində təhsil alır. O sinifdə tədris normal şəkildə davam edir. Sinif müəllimi səhhəti ilə əlaqədar müvəqqəti işə çıxmasa da, dərs əvəzçi müəllim tərəfindən tədris olunur və şagirdlərin davamiyyəti qaydasındadır.

Nadinc şagirdin ucbatından sinifdə yaranmış problemlərə görə uşaqlarını dərsə buraxmayan valideynlərlə söhbət aparılıb. Məsələnin həllində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, Təlimə Dəstək Mərkəzinin və məktəbin psixoloqları da yaxından iştirak ediblər. Valideynlərə müvafiq tövsiyələr verilib”.

Qeyd edək ki, 27 noyabr tarixindən Nəsimi rayonunda yerləşən 14 nömrəli orta məktəbin 3 Ç sinfinin şagirdlərini valideynləri dərsə buraxmayıb. Səbəb 14 nömrəli tam orta məktəbin rus bölməsinin 3 E sinif şagirdinin davranışı ilə bağlı problem olub. Məktəb rəhbərliyi şagirdi təhsil aldığı 3 E sinfindən 3 Ç sinfinə keçirib. Lakin həmin sinfin valideynləri kütləvi olaraq şagirdin 3 Ç sinfinə gətirilməsinə narazılıqlarını bildiriblər və uşaqlarını dərsə buraxmayıblar.

Etiraz edən valideynlər bildirib ki, sözügedən oğlan uşağı oğlanlara siqaret çəkməyi öyrədir, özü ilə dərsə alışqan, deşici alət gətirir, uşaqlara hər yeri yandıracağını deyir. Dərs vaxtı uşaqların imtahan vərəqlərini cırır. Paltarlarını soyunub qız uşaqlarına bədənini göstərir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam