Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

UEFA “Qarabağ” və “Qəbələ”yə 78 min avro verdi–QƏRAR

 

Yenixeber.org: UEFA Çempionlar və Avropa liqalarının 2016-2017-ci il mövsümündə "Fair Play” qaydalarının pozulması nəticəsində tətbiq edilən cərimə sanksiyalarından toplanan vəsait digər klublar arasında bölüşdürülüb.

 AFFA-nın saytı  xəbər verir ki, vəsaitin bölgüsü qrup mərhələsində mübarizə aparan klublar üçün 80 faiz, təsnifat mərhələsində çıxış edən klublar üçün 20 faiz nəzərdə tutulub.

UEFA-dan ayrılan maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə Azərbaycan klublarının hesabına müvafiq qaydada köçürülüb. Ötən mövsüm Avroliqanın qrup mərhələsində yarışan Azərbaycan təmsilçilərindən "Qarabağ” və "Qəbələ” klublarının hər biri 78 min 300 avro, təsnifat mərhələsində mübarizəni dayandıran "Neftçi” və "Kəpəz” isə hərəyə 8540 avro əldə ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam