Redaktor seçimi
“Alfa LTD” şirkətinə növbəti ittiham:
“Bakı sarayları” mülk sahibləri ilə qarşıdurmada-
Yüzlərlə azərbaycanlının diri-dirini yandırıldığı məscid –
51 ilin neftçisi fəryad edir:
Alimin “İntihar kəndiri”:
Biləsuvarda analoqsuz “torpaq hərracı”:
Bir səfilin harayı:
Günün xəbəri

XIRDALANDA PİYADA YOLU ÜZƏRİNDƏ TİKİNTİ! -“İcra başçısının qardaşı oğlu tikir” (Video)

 

ev-bina-tikinti-menzilBakının, necə deyərlər, qızıldan qiymətli torpaqlarının necə gəldi, kimə gəldi satılması yerli məmurların, icra hakimiyyətlərinin əsas gəlir mənbəyidir. Qanunsuz torpaq alveri icra başçılarının əsas gəlir mənbəyi olmaqla yanaşı, Bakı sakinlərini ən çox narazı salan məsələlərdən də biridir. Çünki bu alver heç bir qayda-qanuna, şəhərsalma prinsipinə söykənmədiyindən əksər hallarda sakinlərin həyatını, yaşayışını ağırlaşdırır, tədricən Bakını yaşanılmaz bir məkana çevirir.

Yenixeber.org: Bir neçə il əvvələdək bu proses o qədər də ciddi ictimai narazılıq doğurmurdu, çünki Bakıda boş torpaqlar hələ kifayət qədər idi və bu boş torpaqlarda tikintilər əhalinin maraqlarını çox da tapdamırdı. Maneə olmadığından icra hakimiyyətləri də bu boş torpaqları hərraca çıxarır, heç bir problem olmadan istədikləri kimi sərəncamlar verirdilər. Lakin getdikcə boş, satışa yararlı torpaqların tükənməsilə bu haqq-hüquq tanımaz alver daha da azğın xarakter almağa, yaşıllıqların, istirahət güşələrinin, idman meydançalarının, məktəb ərazilərinin, yolların, səkilərin üzərinə hücumlarla müşayiət olunmağa başlayıb. Əksər vaxtlarda isə nə sakinlərin etirazları, nə medianın müdaxiləsi, nə də yuxarı orqanlara şikayətlər bu azğınlığın qarşısını ala bilir. Nədən ki, Bakının qarış-qarış satılması prosesinin arxasında elə “yuxarıdakı” qüdrətli çevrələr durur…

tikinti

Sakinlərin “AzPolitika”ya verdikləri məlumata görə, növbəti belə torpaq “işğalı” Abşeron rayonu ərazisində – Xırdalanda baş verir. Bu dəfə də hədəf yaşıllıq və hətta piyada yoludur! Artıq bir neçə gündür Xırdalanın düz mərkəzində – Heydər Əliyev prospekti 156 ünvanında sözün əsl mənasında özbaşınalıq baş verir. Minlərlə insanın gözü qarşısında yaşıllıq məhv edilir, düz piyada yolunun üstündə obyekt tikintisinə vurçatlasın hazırlıq gedir. Ətrafda yaşayan Xırdalan sakinlərinin çırpınması, ora-bura şikayətləri isə həmişə olduğu kimi, nəticəsizdir – çax-çax baş ağrıdır, dəyirman öz işindədir!

Sakinlərin bildirdiyinə görə, onların şikayətlərindən sonra polis də candərdi hadisə yerində olub, lakin məlum olanda ki, bu “analoqsiz tikinti” (Sözgəlişi belə deyirik, Bakının hər tərəfi belə qanunsuzluqların “analoqu” ilə doludur – red.) Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın imzalı-möhürlü sərəncamı əsasında həyata keçirilir, onlar da “ağ bayraq qaldıraraq” hadisə yerindən sakitcə uzaqlaşıblar.

Məlumata görə, onlarla ağacın məhv olunması, piyada yolunun zəbti hesabına bu ərazidə 3 ikimərtəbəli obyektin tikintisi planlaşdırılır. Sakinlərin iddiasına görə, bu obyektlərdən birini Səbael rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun əvvəllər Abşeron rayon İcra Hakimiyyətində işləyən qardaşı oğlunun tikəcəyi haqda söz-söhbətlər dolaşır. Digər ikisinin ərazisini kim alıb, nə tikəcək – məlum deyil.

eldar-ezizov_yeni1

Sakinlər Xırdalanın mərkəzində ümumi görünüşə xələl gətirən, yaşıllığın və piyada yolunun məhv olunması hesabına aparılan bu tikintinin dayandırılması xahişilə ölkə rəhbərliyinə müraciət ünvanlayıblar.

V.Nəsibov

P.S. Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışırıq.


Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?

    Bəli
    Xeyr