Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Deputat avtobus qəzasına görə BNA-nı ittiham etdi

Deputat avtobus qəzasına görə BNA-nı ittiham etdi

 

Əvvəllər məhkum olunmuş və nəqliyyat vasitəsini idarə etmək üçün sənədi olmayan sürücünün qəza törətməsi və insanların yaralanması ciddi ictimai narahatlıq doğuran məsələdir

Yenixeber.org: Bu barədə Milli Məclisin deputatı Musa Quliyev deyib. Ötən həftə Zığ şossesində baş verən, 20 nəfərin yaralandığını qəzadan söz açan deputat ictimai nəqliyyatda dəfələrlə belə hadisələrin olduğunu bildirib.

“Qəzaların sonrakı nəticələri, qiymətləndirilməsi ictimaiyyətə bəlli olmayıb. Hesab edirəm ki, bu proseslər ictimaiyyət üçün açıq olmalıdır. Birinci növbədə prokurorluq cinayət işi qaldırmalıdır və ictimaiyyətə məlumat verməlidir. Cinayət işi təkcə həmin sürücüyə qarşı deyil, həm də sürücünü işə götürən sahibkara qarşı qaldırılmalıdır. Bakı şəhər nəqliyyatına cavabdeh olan məmurlar, Bakı Nəqliyyat Agentliyi yaxasını kənara çəkməli deyil. Kiminsə onların gözündən yayınıb icazəsiz sərnişin avtobusu işlətməsinə və xəbərlərinin olmamasına inanmıram”.

M.Quliyev hesab edir ki, Dövlət Yol Patrul Xidməti məsələyə münasibət bildirməlidir: “Sürücü şəhərdə kəmərini bağlamayıb, sükan arxasında oturan kimi onu saxlayırlar. Necə olur ki, icazəsiz, lisenziyasız avtobus idarə edirlər, amma həmin ərazidə fəaliyyət göstərən yol polisinin xəbəri olmur. İctimai nəqliyyatdan istifadə edən çoxlu sayda vətəndaşlarımız var və onların əksəriyyəti sosial cəhətdən müdafiəyə ehtiyacı olan şəxslərdir. Onların həyatını kimlərinsə qazancına qurban vermək olmaz. Hesab edirəm ki, məsələyə çox ciddi yanaşılmalı, ictimaiyyət təpki göstərməlidir. Həmçinin cavabdeh olan hər kəs öz məsuliyyət dərəcəsinə görə cəzasını almalıdır”.

Deputat bildirib ki, gələcəkdə belə hadisələrin baş verməməsi üçün ictimai nəqliyyat vasitələri, xüsusilə şəhərdaxili nəqliyyatda sürücünün bütün məlumatları yazılıb avtobusun içərisində asılmalıdır.

“Sərnişin onu aparan şəxsin kimliyini bilməlidir. Məlumat verilməlidir ki, sürücü kimdir, neçə il bu sahədə işləyib, onun təhsili varmı. Həmçinin sürücünün əvvəllər məhkum olub-olmadığı qeyd edilməldir. Hesab edirəm ki, ən azı 5 illik sürücülük stajı olmayanlar işə qəbul edilməməlidir. Bu qəza çox ciddi siqnaldır və arzu edək ki, axırıncı olsun”.

Qeyd edək ki, yanvarın 6-da Bakıda, Zığ şosesində 175 nömrəli marşrut avtobusunun dərəyə aşıb. Hadisə nəticəsində xəsarət alanlar dərhal xəstəxanaya yerləşdirilib və onların əksəriyyəti ilkin tibbi yardım alaraq evə buraxılıblar.

Faktla bağlı Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.2 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 avqust 2012-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 180.2.2-ci (soyğunçuluq) maddəsi ilə məhkum olunmuş və nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan 1989-cu il təvəllüdlü Ağayev Kamran Hüseynağa oğlu tərəfindən törədilməsində əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam