Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Genetik ölüm

                           

              

 

 

      (Qırmızı tüstülü Tatlı-Gülüstan)

... Azərbaycan xalqı yarandığı gündən aldadılıb, təhqir olunub"

...Professorun arvadı istintaq idarəsində bir neçə dəfə zorlanmağa məruz qalmışdı

Tatlı-Gülüstan ərazisi Böyük Britaniya Krallığının Kəşfiyyat və Səhiyyə sənədlərində hələ 1702-ci ildən “Bəşəriyyət üçün ən vacib zona”lardan birincisi hesab olunur

1952-ci ilin sentyabrın 13-də İ.Stalinin sərəncamına əsasən Tala-Gülüstanla bağlı "Xüsusi Tədbirlər Planı " hazırlandı

(80-ci yazı)

   “Xeberinfo.com”: Araşdırma materiallarının içərisində çox ciddi və maraqlı sənədlər var. Məsələn həm üstü Çar Rusiyasının (I Nikolayın hakimiyyəti dövrünə təsadüf edir) gizli polisinin (general L.İ.Merkulov ) imzası ilə surğuclanmış və sonradan, yəni 1918-ci ildə surğucu qoparılmış ondörd məktub haqqında qəribə də olsa, əfsanələr gəzib. Hərbi kəşfiyyat mayoru, ixtisasca toksikoloq olan İ.D.Beq yazır ki, (mənbəyə əsasən) bu məxfi məktublar uğrunda ingilislərin "Mİ-6" kəşfiyyat xidməti rusların məxfi idarələri ilə üç il psixoloji-mənəvi müharibə aparıblar. Və yaxud ABŞ-a məxsus Mərkəzi Kəşfiyyat İdarəsinin, Almaniyanın, "BND" kəşfiyyat xidmətinin, eləcə də İsrailin "Mossad"ın bu məktubları əldə etmək, ən azından oradakı tezislərdən xəbər tutmaq üçün müxtəlif  illərdə xüsusi direktivləri yazılıb!

     Məktubların biri professor E.D.Merrinqin (ABŞ) fikrincə onaltı səhifə olub və bu onaltı səhifədə ancaq müxtəlif millətlərə, xalqlara, regionlara məxsus ad və familiyaları, nəsil şəcərələri araşdırılıb.

Həmçinin bu onaltı səhifə rəssamlara, bəstəkarlara, yazarlara, heykəltəraşlara, aktyorlara, psixoloqlara, hüquq qanunlarını yazanlara, müğənnilərə, müəllim və həkimlərə... çobanlara (təəccüb doğursa da belədir. Nə etmək ki, mənbələrə, çətinliklə əldə olunan faktlara əsasən danışırıq) ayrılıb. Tam məxfilik prinsipləri əsasında tərtib olunmuş bu 16 səhifəlik dünyanın genetik xəritəsində (hələlik belə bir xəritənin yaradılması, tərtibi üçün cəmiyyətdə güclü beyin mərkəzlərinə ehtiyac var. Məsələn Ağ Ev bu istiqamətdə son iki ildə təqribən 3,5 milyard vəsait ayırıb. Amma istədiyinə nail olmayıb. Nəticədə bu yönümdə strategiyalar və taktikalar dəyişib). Maraqlı və hələlik araşdırılmağa ehtiyacı olan (belə olarsa onda yüzlərlə, minlərlə millət və xalq, etnik qrup onları  gözləyən bəlalardan xilas ola bilərdi) məsələlər qalıb. (Bu fikir də yadınızda qalsın ki, ondörd məktubun hər birinin həcmi 26 səhifədən 22 səhifəyədəkdir).

   Bu məktubları oxuduqca görürük ki, tarix boyu... Azərbaycan xalqı yarandığı gündən aldadılıb, təhqir olunub, sürgünlərdə çürüyüb və nəhayət qaçqınlıq və köçkünlük, girovluq... öz övladlarına, öz ağıllı başlarına etinasızlıq, biganəlik onun genetik kodunda ötürülüb, necə deyərlər "vətəndaşlıq" hüququ qazanıb... Bütün bunlar məni yorub. Araşdırma materiallarında maraqlı bir məqam var. Məsələn ukraynalı professor  O.D.Tatarenko "Qafqazdakı görüşlərim..." adlı kitabında (Moskva nəşri. 1949) maraqlı bir məqama toxunur. O kitabın 151-ci səhifəsində qeyd edir: "...Mən Azərbaycanın çox şəhərində oldum, gəzdim, öyrəndim, götürdüm. Azərbaycan özü böyük tərbiyə məkanıdır.  Mən deyəndə ki, övladlarımı tərbiyə olunmaq, əxlaqlı böyütmək üçün ora göndərirdim. Azərbaycanlılar gəzmək üçün, alış-veriş üçün, əyin-başlarını dəyişmək üçün Rusiyaya üz tuturdular. Biz ruslar isə tərbiyə olunmaq üçün Azərbaycana gedirdik. Mənim bu fikirlərim sonradan başıma bəlalar açdı... Başqa bir məsələ də var ki, o da yadımdan, yaddaşımdan silinmir... Milliyyətcə erməni olan şəkilçi Akop adlı birisi Masallı 98 (bu yer adıdır) azərbaycanlı ilə pul bölüşərkən ona maraqlı bir təklif elədi. Dedi ki, Həsən kişi (bu ad Azərbaycanda çox hörmət və ehtiramlı adlardan sayılır), incimə, kişinin borcu olar. Amma mən gedirəm. Birdəfəlik Bakıya köçürəm. Vəzifə almışam. Gəl, sən mənə qulaq as. Bakıya yolun düşsə, harda erməni görsən, mənə olan pul borcunu ona ver. Elə bilərsən ki, şəkilçi Akopa vermisən..."

   Professor O.D.Tatarenka daha sonra qeyd edir: "Mən bu ara bir daha yəqin etdim ki, bu gözəl milləti hiyləgər və tamahkar , qan hüceyrələri naqis olan digər millətin nümayəndələri... .tədricən məhv edib taxt-tacdan salacaq. Genetik tutumuna görə bu millət tarixin, ümumən bəşəriyyətin ən yüksək mərtəbələrində qərar tuta bilərdi. Amma səhv etmirəmsə bu çətin bir proses olacaq. Yaşamaq üçün, ölməmək üçün, tarixdən silinməmək üçün bir proses..." (səh. 163)ə

   Mən sizləri yordumsa, məni bağışlayın. Çünki elə məsələlər var ki, unudub keçmək olmur. Qayıdıram professor antropoloq, sonra Moskvada ixtisasını dəyişərək genetik və yaxud mikro-bioloq kimi formalaşan və ömrünün sonünadək ölkəmizdə professor E.D.Merrinin həyatına. Amerikada yaşamaqdan imtina edən E.D.Merrinq uzun müddət Sovet İttifaqında təqib olunub, izlənilib. Sonra siyasi əqidəsinə görə onu izləmək, təqib etmək qadağan edilib. Professora ölkənin elm mərkəzlərində tədqiqatlarını davam etdirmək üçün "yaşıl işıq" yandırılıb. 1947-ci ilin sentyabrında amerikalı professor Edvard Merrinq Azərbaycana genetik araşdırmalar üçün göndərilən tədqiqat qrupunda iştirak edir. Gəncə, Şamxor (Şəmkir), Tovuz, Ağstafa, Qazax ərazilərində elmi araşdırmalar aparan alim1947-ci ilin dekabrın 31-də çalışdığı Tatlı-Gülüstan ərazisində (Tatlı) yaşayan Məşədi Müslümün ailəsindən dəstə (ola bilsin Dəstəgül?) adlı bir qadınla ailə qurur, islamı qəbul edir. (Bununla bağlı ABŞ-ın Azərbaycandakı səfirliyində də məlumatlar var idi). Professorun elmi araşdırmaları məxfilik prinsiplərini əhatə etdiyi üçün o, dəstədən kənarlaşdırılır, Moskvaya çağrılır. Amma Moskvaya qayıtmaqdan imtina edir. Nəticədə Azərbaycan KP MK-nə müraciət məktubu ünvanlayır. Professor E.Merrinq beş il Tatlıda yaşayır. İki uşaq atası olan professor Gəncə-Qazax zonasında tanınan müəllimlərdən biri olur və 1952-ci ilin oktyabrın 3-də müəmmalı şəkildə vəfat edir. Onun yaşadığı ərazidə dəfn olunması nəzərdə tutulsa da bu məsələ baş tutmur. Dəfnindən beş gün sonra onu məzardan çıxararaq, ölümün səbəblərini araşdırmaq adı ilə Gəncəyə aparırlar və bundan sonra onunla bağlı heç bir məlumat verilmir. (Araşdırmalarımıza görə bu gün Azərbaycanın hökumət və dövlət strukturlarında çalışanlar arasında professorun nəslindən olanlar var. Biz bunun açıqlamasını isə saxlayırıq). Professorun ailəsinə gəlincə, arvadı Dəstə Məşədi Müslüm qızı (?) 1952-ci ilin dekabrın 4-də Gəncəyə Moskvadan gəlmiş "xüsusi qrup" (?) tərəfindən həbs olunur. Professor E.Merrinqin yaxın dostu olmuş kəşfiyyat polkovniki Nikolay Novikovdan alınan izahata görə (İzahat SSRİ Hərbi Prokurorluğunun müstəntiqi A.N.Balaşovun rəhbərliyilə 1959-cu ilin iyulun 2-də alınıb) professor E.Merrinqin arvadı Dəstə Məşədi Müslüm qızı 1952-ci ilin dekabrın 21-də həbsdən azad olunur. 1952-ci ilin dekabrın 26-da isə özünə qəsd edərək, intihar edir. (O, intihar edəndən üç saat əvvəl atası Məşədi Müslümə istintaq idarəsində aldığı amansız zərbələrə dözə bilmədiyindən intihara qərar verdiyini yazırdı).

   Polkovnik N.Novinkov izahatının bir yerində "amansız zərbələr" ifadəsinə aydınlıq gətirir və göstərir: "...Professorun arvadı istintaq idarəsində bir neçə dəfə zorlanmağa məruz qalmışdı. Bütün bunlara onun əxlaqı yol vermədi. Sonra professorun uşaqları təqib olundu. Üç az yaşlı uşaqdan ikisi evdən aparıldı. Üçüncü övladı isə qonşular  gizlətməyə müvəffəq oldular".

   Çoxumuza elə gəlir ki, yaşadığımız həyat elə gördüyümüzdən ibarətdir. Amma səhv edirik. Görmədiyimiz dərk etmədiyimiz çox məsələlərdən xəbərsiz qalmışıq. Əslində heç ayılıb ətrafımızda nələrin baş verdiyini dərk etmək də istəməmişik... Mən araşdırma materiallarında Dəstə Məşədi Müslüm qızının intihar kəndirindən, necə asılı qaldığını təsvir edən solub-saralmış foto şəklə xeyli baxdım. Nəsli, kökü kəsilmiş bu ailəyə Tatlı-Gülüstanda yas mərasiminin qurulması da yasaq olundu. Mən yenə polkovnik N.Novikovun izahatına nəzər salıram. O, bu faktla bağlı yazır: "Bildiyimə görə professorun arvadı inıtihar etdiyi üçün yerli din xadimləri belə qərara gəldilər ki, o, dinin, islamın qanunlarını pozduğu üçün... Tatlı-Gülüstan qəbiristanlığında dəfn olunmasın. Mən din xadimlərinin sənədinə baxdım. O sənədi Molla Mahmud Həsənoğlu, Kərbəlayi Axund Soltanzadə, Molla İbrahim Ağazadə imzalamışdılar..."

Məlumata görə professorun arvadı Dəstə Məşədi Müslüm qızının cənazəsi uzağa aparılmadı. O, Tatlı-Gülüstanda qaldı...

   Bütün bu olaylar bu təhlillər bir məktubla bağlı olduğundan, hələ  də çoxlu sayda suallar cavabsız qalıb... Lakin digər məxfi məktublara istinadən araşdırmalarımızı davam etdirirəm.

Araşdırma  materialları içərisində 1948-ci ilin fevralın 8-də SSRİ Səhiyyə Nazirliyinin və Baş Kəşfiyyat İdarəsinin 2 saylı Hərbi Sənaye Kompleksinin “Ekspertiya-rəy komissiyası”nın üzvlərindən professor L.L.Qudkovun, Ş.O.Tulinin, U.L.Semçenkonun nimzaladıqları məktub ölkənin başçısı İ.Stalinə təqdim olunur. Ölkə ərazisindəki xalqların və millətlərin adət ənənələrini, onların psixologiyalarını, davranış və münasibətlərini araşdıran 2 saylı Hərbi Sənaye Kompleksinin şöbə müdirlərindən olan, Polkovnik A.D.Borisov baş verən hadisələrlə bağlı “Xüsusi Arayış”ında qeyd edir: “...Sizə bildirirəm ki, 1948-ci ilin mart ayının 11-də mənə təklif olundu ki, əslən amerika vətəndaşı olan, tanınmış professor E.D.Merrinq və onun ailəsilə bağlı bildiklərimi arayış şəklində hazırlayım.

   Yenə sizə bildirirəm ki, (Amma kimə? A.Borisov məktubu kimə yazmışdı? Çünki məktubun  birinci səhifəsi yox idi) professor E.Merrinqin Azərbaycanın ucqar bir əyalətində (o yerin adı Tatlı-Gülüstandır) adi kəndli ailəsində doğulan bir qızla ailə qurmasında heç bir dövlət sirri, heç bir kəşfiyyat və yaxud informasiya-məlumat əlaqəsi yoxdur. Professorun ailə qurduğu qızın adı Dəstə (gül)dür. O, kənddə din xadimi Məşədi Müslümün ailəsində dünyaya gəlib... Qeydlərə və aparılan istintaq-genetik araşdırmalara görə əslən Kanzas ştatından (ABŞ) olan, bir neçə ixtisası öyrənən və mikro-bioloq kimi tanınan amerikalı professor Edvard (Dak) Merrinqin Azərbaycanın Tatlı Gülüstan ərazisində yaşayan din xadimi Məşədi Müslümün nəslilə heç bir bağlılığı, qohumluq əlaqələri olmayıb. Bu genetik yaxınlığı, qan bağlılığını (?) anlamırıq. Bu adi bir təsadüf də ola bilər...”

   Kreml isə “adi təsadüf”lə razılaşmırdı. Və polkovlnik A.D.Borisovun qarşısında belə bir sual qoyurdu: Amerikalı professor E.D.Merrinqin Azərbaycana səfərindən beş il öncə o, Ermənistanda (onbir ay), Gürcüstanda (bir il) Dağıstanda (bir il iki ay)... genetik araşdırmalar aparıb. Bəs professor hansı səbəblərə görə o ərazilərdə heç bir ailəyə ürək qızdırmayıb, təmas qurmayıb. Nə üçün məhz Azərbaycanı seçdi? Özü də ən ucqar bir yaşayış məntəqəsini? Səbəb...

   Araşdırma materiallarına görə Moskva ölkənin Səhiyyə və Kəşfiyyat xidmətlərinin qarşısında səbəbləri araşdırılmasını istəyirdi. Məlumata görə İ.Stalin 1948-ci ilin aprelinmdə 22-də Xarici Kəşfiyyatın rəhbərlərindən olan general-leytenant Pyotr Vasilyeviç Fedotova ünvanladığı göstərişdə professor E.Merrinqlə və Tatlı-Gülüstanla bağlı məlumatlar istəyirdi.

   Məlumata görə Azərbaycanın Tatlı-Gülüstan yaşayış məntəqəsi yeni məsələ deyildi. Tədqiqat sənədlərindən məlum olur ki, hələ 1937-ci ilin “Məxfi qovluqları”nda bu yerlə, bu yerin adamları ilə bağlı bəzi maraqlı məqamlar var. Üstündə “Mayor Yefim Aleksandroviç İqnatenko” adlı qovluqdakı materialların böyük bir qismi Tatlı-Gülüstanla bağlı idi. Məlum olmayan səbəblər üzündən güllələnmiş hərbi kəşfiyyat mayoru Y.A.İqnatenko ixtisasca türkoloq idi və Azərbaycanda doğulmuşdu...

   Arayışlarının birində kəşfiyyat mayoru yazır ki, Azərbaycanın Tatlı-Gülüstan yaşayış məntəqəsi SSRİ xəritəsində strateji ərazi kimi qeydə alınıb. O, Kremlə ünvanladığı məktubda yazır: “...Hörmətli S.Q.Antonov yoldaşa... Tatlı-Gülüstan məntəqəsilə bağlı ilk məlumat 1746-cı ildə alınıb... Daha sonra həmin məlumat 1828-ci ildə Çar Rusiyasının Məxfi Polis İdarəsində qeydə götürülüb. (Məlumata görə 1746-cı ildə Rus hökmdarı Yelizaveta Petrovnanın məxfi idarəsinin rəisi Tatlı-Gülüstanla bağlı ilk məlumatları verir. İlkin məlumata görə Tatlı-Gülüstan ərazisi dövrün ən sağalmaz xəstəliklərini... dava dərmansız məhv etmək qüdrətinə malikdir. Rus hökmdarı elə həmin ildə Tatlı-Gülüstana kiçik ekspedisiya göndərir). Araşdırma materiallarına istinadən 1828-ci ildə Rus hökmdarı Birinci Nokolayın Tatlı-Gülüstan ərazisinə xeyli marağı olub. Məxfi İdarənin polkovniki E.Ş.Fyodorovun açıqlamasına görə Tatlı-Gülüstan ərazisi Böyük Britaniya Krallığının Kəşfiyyat və Səhiyyə sənədlərində hələ 1702-ci ildən “Bəşəriyyət üçün ən vacib zona”lardan birincisi hesab olunur.

   Bütün bunlar mənim üçün çox maraqlı idi. Sənədlərdən istəyirdim daha çox məlumat əldə edim. Amma etiraf edim ki, gücüm bəzi problemlərdə aciz idi...

    Araşdırma materiallarına görə Tatlı-Gülüstan ərazisində kimliyindən asılı olmayaraq bədəndəki qan gündə altı dəfə gah durulur, gah qatılaşır... Nəticədə damarlardakı qan içindəki lazımsız və zərər verən bütün virusları, mikrobları vurub, çıxarır, saxlamır. Bu da genetik təmizləmədə, qan hüceyrələrinin inkişafında əvəzsiz rol oynayır. Hadisələri 1829-cu ildən qeyd edən həkim Pen Meqdev I Nikolaya məsləhət görür ki, Tatlı-Gülüstanı nəyin bahasına olursa-olsun alsın və Rusiyanın daimi “əmlak”ına çevirsin.

    Başqa bir məlumatda isə bildirilir ki, Azərbaycanın Tatlı-Gülüstan yaşayış məntəqəsilə Almaniyanın “Abver” hərbi kəşfiyyat idarəsi də çox ciddi araşdırma nəticələrinə malik olub. Məsələn 1940-cı ilin avqust ayının 12-də Alman Kəşfiyyatının Azərbaycandakı rezidenti (başqa kəşfiyyat mərkəzlərindən fərqli olaraq Almaniyanın keçmiş İttifaqa daxil olmuş hər bir respublikası ilə bağlı öz rezidenturası olub). Şamen Berger məhz bu ərazi ilə bağlı maraqlı məlumatlar verir. 1941-ci ilin mayın 26-da isə həmin məlumatların bir qismi Sovet İttifaqının Berlindəki rezidenti polkovnik A.D.Şumilinin vasitəsilə Moskvaya ötürülür. Polkovnik A.Şumilin alman həmkarına istinadən yazır: “...Almanlara məlumdur ki, Azərbaycanın Tatlı-Gülüstan ərazisi eynilə Xəzər dənizi quruluşundadır. Bu coğrafi quruluşdan başqa Tatlı-Gülüstan ərazisi eynilə Xəzər dənizinə məxsus enerjiyə malikdir. Bu ərazi üstündəki artıq, gərəksiz. əngəl olan nə varsa ya qəfil küləyin, ya gözlənilməz yağışın gücü ilə vurub kənara atır. (Eynilə dəniz kimi. Dəniz də üstündə artıq nə varsa, vurub sahilə çıxarır). Bu ərazinin iqlimi fərqli iqlimdir. Bura düşən günəş şüaları ərazidəki ən ciddi xəstəliklərə aparıb çıxaran bütün virusları, mikrobları öldürür, ən dərin yaraları sğaldır. Digər tərəfdən bu ərazidə yaşayanların daxili orqanlarında... yaman şişlər, çatlar, zədələr... əriyib heç olur...”

    Hərbi kəşfiyyat polkovniki, ixtisasca psixoloq olan A.D.Şumilin davam edərək, yazır: “...Alman xüsusi xidmət orqanları bu yerlə çox ciddi maraqlanıblar. Onların nəticələrinə görə hər ilin yaz aylarında bu ərazidə duman şəklində qırmızı tüstü görünür və yaşayış ərazisi çox az müddətə qırmızı tüstü ilə örtülür. Bu ərazidə yaşayan nəsillərin heç biri özgə qan qruplarını qəbul etmirlər. Berlin klinikalarında bu məsələ ciddi araşdırılır... Mən başqa bir faktın üstündə ciddi araşdırmalar aparılmasını istərdim. Təcili olaraq Azərbaycana bu ciddi, bizim üçün vacib olan məsələni araşdırmaq üçün ekspedisiyaların göndərilməsi məqsədəuyğun ola bilər. Almanlara bu da məlumdur ki, hər ilin sonunda (müsəlman tarixilə) Tatlı-Gülüstan ərazisinə göydən adamlar enir... Ən ciddi və düşündürücü haldır ki, bu yerlərdə qəbiristanlıq görünmür. İnsanlar ən böyük yaş həddinə çatandan sonra, sanki qeyb olurlar. Bu adamlar ölmək ərəfəsində könüllü olaraq hansı səmtə üz tuturlar?.. Almanlar bunun üçün Azərbaycandakı emissarları və rezidenturları qarşısında təxirəsalınmaz vəzifələr qoyur...”

    Şübəsiz, bu adamlar da vəfat edərkən dəfn olunur... Amma harada?.. Araşdırma materiallarına görə Tatlı-Gülüstanın vəfat edən adamları dəfn olunarkən Peyğəmbərlərin, sayılıb, seçilən din xadimlərinin, imam övladlarının... “Nurlu seyid”lərin (Seyidlərin ən ali təbəqəsi)... dəfn olunduqları əraziləri seçirlər. (Bu özü də böyük sual doğurur. Amma mövzudan kənara çıxa bilmirəm). Burada məsafə nəzərə alınmır. Məsələn çoxsaylı tədqiqat materiallarına istinadən göstərə bilərik ki, Tatlı-Gülüstan ərazisində vəfat edənlərin böyük bir qismi Qədim Gəncə qəbiristanlığında-İmamzadə deyilən ərazidə dəfn olunublar. Və yaxud Məkkə, Mədinə, Qum, Məşhəd... torpaqlarında, Qüdsdə, (indiki Yeruslimdə), Maştağa, Nardaran, Bibiheybət... ərazilərində dəfn olunanların sırasında çoxlu sayda Tatlı-Gülüstanlılar var. Bu yaşayış məntəqəsinin adamları Azərbaycanda bəlkə də yeganə nəsillərdir ki, onlar öz ölümlərinin yanından ötəndə ayaq saxlayır, onların məzarı qarşısında baş əyir.

   Bütün bunlar tədqiq olunası, araşdırılaraq öyrənilməsi vacib olan məsələdir. Fikrimcə “Azərbaycanın genetik xəritəsi” üçün bu çox gərəkli bir işdir.

    Mən yenidən qayıdıram amerikalı professor E.Merrinqlə bağlı Kremlin xüsusi göstərişlərinə.

Araşdırma materiallarındakı bəzi məlumatlar bir daha təsdiq edir ki, (xüsusən general Fedotovun məlumatları) professor E.Merinq ABŞ-ın Ohayo yaşayış məntəqəsində həkim ailəsində doğulub. Atası Riçard Merrinq ərazidə tanınmış adam olub. O, Şərqi, xüsusən müsəlman aləmini gözəl bildiyindən, ərəb və fars, puştu, dari... dillərini gözəl bildiyindən dəfələrlə (əsasən ötən əsrin 30-cu illərində) Ağ Evə iş üçün dəvət alıb. Amma işini Ohayodakı Tibb Kollecində davam etdirməyi hər şeydən üstün sayıb.

Oxucular üçün qoyulan məsələyə aydın olsun deyə, Rusiyanın məşhur genetika üzrə tədqiqatçısı professor İlya Zaxarovun 1997-ci ildəki (Sizin üçün son məlumata toxunuram) rəhbəri olduğu ekspedisiyanın nəticələrinə nəzər salaq. (Mən bir daha xatırladıram ki, toxunulan hər bir məsələnin mənbəsi var. Və bütün bunlar çap üçün hazırlanmaqda olan kitablarda verilir).

     Professor qeyd edir ki, Amerika hindularının AF-dakı Tuva rayonu əhalisilə genetik əlaqələri var. Tuva rayonunda yerləşən ilk nəsil isə Azərbaycanın Gəncə, Şamxor və Tovuz-Ağstafa ərazisindən gedən Hüseynlilər, Abbaszadələr, Məhərrəmoğlular nəsli olub... Bu faktı AF-nın məşhur N.İ.Vabilov adına Ümumi Genetika İnstitutu da təsdiq edir. (Qeyd edək ki, professor İ.Zaxarov da bu elm mərkəzində direktor müavinidir). Məsələn Subiri-Alyaska arasında maraqlı genetik, etnoqrafik körpü var. Bu sahədə tədqiqatlar aparan Stanford Universitetinin (ABŞ) tədqiqatçısı, amerikalı genetik Merritt Rulen təsdiq edir ki, bu adamların başqa qütblərdə yerləşməsinə baxmayaraq, bunların arasında dil əlaqələri, qan qohumluqları var. Maraqlıdır ki, Amerika genlərilə sıx bağlı olan alim M.Rulen yazır: “Şimali Amerika ilə Yenisey əlaqələrinə dair 36 təcrübə aparmışıq. Bu dillər arasında, faunalar, floralar, anatomiyalar... mədəni və irsi köklər arasında çox bağlılıq var. Tuvalılar bu gün türk dil qrupuna mənsubdurlar”. Hadisələrə bir az məntiqi cəhətdən yanaşsaq, başqa bir mənzərənin şahidi oluruq. Məsələn, professor M.Rulett daha sonra yazır: “...Hindularla türk xalqları arasında genetik bağlılığı inkar etmək olmaz. Hinduların genetik bxımdan comərdliyi, işlərində ədalətli olmağı, xəstəliklərə olan dözümlükləri, sərt və cəldlikləri, vətən və torpaq sevgisi... Türklərdən gəlmədir...”

    Kəşfiyyat general-leytenantı P.V.Fedotov isə amerikalı professor E.D.Merrinqlə bağlı, məxvi sorğulara cavablarında qeyd edirdi: “...İ.Stalin yoldaşa. Sorğunuza cavab verirəm. Amerikalı professor E.D.Merrinq ABŞ-ın Ohayo əyalətində doğulub. Məlumata görə bu əraziyə 1910-cu ilin əvvəllərində Türkiyədən on bir nəsil köç edib. Bu on bir nəsil isə 1909-cu ildə Azərbaycandan Türkiyəyə köç edənlər olub. Amerikalı professor E.D.Merrinqin ailəsinə gəlincə, bu ailənin üzvləri Türkiyədən əraziyə köç edən, ixtisasca həkim olan “Əlizadə Hüseynli”lər nəslilə yaxından qohum olur... Əlizadə Hüseynlinin ailəsinə gəlincə, bu ailə Azərbaycanın Tala-Gülüstanından köçüb gedənlərdi...”

Fikrimizcə amerikalı prpfessor E.Merrinqi Azərbaycanın möcüzələrlə dolu olan Tala-Gülüstanına çəkib gətirən də elə bu genetik xəttdir. (Bu istiqamətdə əlavə məlumatlarımız var).

   Araşdırma materiallarına görə Tala-Gülüstanla bağlı arayışlar, "qovluq sənədlər" Kremli çaşdırmışdı. Məlumata görə 1952-ci ilin sentyabrın 13-də İ.Stalinin sərəncamına əsasən Tala-Gülüstanla bağlı "Xüsusi Tədbirlər Planı " hazırlandı. Plana əsasən bu ərazi dağıdılmalı, əhalisi məhv olmalı idi... (?)

 

    Məxfi məktublardakı tezislərin böyük bir qismilə tanışlıq və araşdırmalarımız davam edir.

 

(Ardı var)

 

Rövşən Novruzoğlu

 

 P.S. Hesab nömrəsi:   Azərbaycan Beynəlxalq Bankı Tovuz Şöbəsi .

                                                               Hesab sahibi : VALİYEV ROVSAN NOVRUZ 
                                                               Vöen :9900001
                                                               Kod : 805 744
                                                               Muxbir hesab :AZ17IBAZ33801019445361122339
                                                                S.W.I.F.T 
                                                                İBAZAZ 2X

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam