Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Nazirlik SSRİ-nin son yadigarlarını satışa çıxarır

Nazirlik SSRİ-nin son yadigarlarını satışa çıxarır

 

 

Mədəniyyət və Turizm Nazirliyi bölgələr üzrə fəaliyyət göstərən kənd klublarını satır

 

Yenixeber.org: Nazirlik bu dəfə müxtəlif rayonlarda yerləşən 4 kənd klubunu satışa çıxarıb. Bunun üçün fevral ayının 14-də xüsusi hərrac təşkil ediləcək.

Belə ki, Mədəniyyət və Turizm Nazirliyinin Ağdaş, Gəncə və Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan kənd klubları satılacaq.

Özəlləşdirməyə Ağdaş rayonundan Bulaqotağı kənd klubu, Goranboy rayonundan Səmədabad və Səfikürd kənd klubları, Xaçmaz rayonundan isə Nərəcan kənd Mədəniyyət evi təqdim edilib.

Özəlləşdirməyə təqdim edilən kənd klubları və mədəniyyət evi üçün ən yüksək satış qiyməti Nərəcan kənd Mədəniyyət evinə müəyyən edilib. Xaçmazda yerləşən bu əmlakın ilkin staış qiyməti 64.900 manatdır.

Bulaqotağı kənd klubu 8000 manata, Səmədabad kənd klubu 4000 manata, Səfikürd kənd klubu isə 10.350 manata özəlləşdirməyə çıxarılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam