Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Sərhəddə “Ebola” virusuna görə aparatlar quraşdırılıb

 

        “Ebola virusu xəstəliyinin Azərbaycana keçməsinin qarşısının alınması məqsədilə bütün qabaqlayıcı tədbirlər görülür”

        "Xeberinfo.com": Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının direktoru Rakif Abdullayev APA-ya açıqlamasında deyib ki, ölkənin aeroportlarında, sərhəd keçid məntəqələrində virusun simptomlarını, xüsusən də hərarəti aşkarlamaq üçün temperaturu ölçən xüsusi aparatlar quraşdırılıb və səhiyyə mütəxəssisləri orada vəziyyətə nəzarət edir. Onun sözlərinə görə, aeroportlar və ya sərhəd keçid məntəqələrində virusun simptomları aşkar olunan insanlar Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yaradılan hazır palatalara göndəriləcək, orada hospitallaşdırılacaq və yoxlanılacaq. Aeroportlarda, sərhəddə mütəxəssislər tərəfindən xəstəliklə bağlı hansısa göstərici aşkar olunarsa, onların yerləşdirilməsi üçün institutda tam şərait yaradılıb. Ağciyər Xəstəlikləri İnstitutunun 2 palatası tam olaraq bu viruslu xəstələr üçün ayrılıb”.

       R. Abdullayevin sözlərinə görə, hansısa hal olarsa, xəstə aşkar olunarsa, bütün xəstələrdən nümunələrin götürülməsi, dəqiqliklə müayinəsinin aparılması üçün bütün lazımi şərait var. Direktor vurğulayıb ki, yoxlamadan sonra həmin şəxslərin Ebola virusuna yoluxub-yoluxmaması ilə bağlı dəqiq məlumat vermək olacaq: “Qabaqlayıcı tədbirlərin hamısı görülüb və laboratoriya hazır vəziyyətdədir. Bütün aeroport və sərhəd keçid məntəqələrində müvafiq aparatlar quraşdırılıb və nümayəndələr oradadır. Respublika Sanitariya – Karantin Müfəttişliyinin əməkdaşları aeroportlar və sərhədlərdə bütün ilboyu fəaliyyət göstərir. Lakin səhiyyə nazirinin müavini ölkənin baş sanitar həkimi Abbas Vəlibəyovun Ebola virusu xəstəliyinə qarşı profilaktik və əks epidemik tədbirlərin gücləndirilməsi, eləcə də bu xəstəliyin respublikamıza keçməsinin qarşısının alınması məqsədi ilə imzaladığı müvafiq əmrindən sonra gücləndirilmiş iş rejiminə keçib”.

       R.Abdullayev əlavə edib ki, Respublika Taun Əleyhinə Stansiyasının “qaynar xətt” xidməti də 24 saat ərzində fəaliyyət göstərir. Gün ərzində 1-2 nəfərin “qaynar xətt”ə müraciət etdiyini deyən direktorun sözlərinə görə, onların şikayətləri əsasən temperaturla bağlı olur. Stansiyanın rəhbəri vurğulayıb ki, hazırda ölkədə bu virusla bağlı vəziyyət tam stabildir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam