Redaktor seçimi
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Günün xəbəri

BAKI VƏ ANKARA NİYƏ İRANDA SABİTLİYİ SEÇDİ?–Azərbaycan-Türkiyə-İran əməkdaşlığında ilk imtahan - TƏHLİL

Mixail Belyayev

“Вестник Кавказа”, 05.01.2018


Yenixeber.org: İranda daxili-siyasi durumda kəskin şəkildə meydana çıxan və dünyanın bütün siyasətçi və KİV-lərinin diqqətlə izlədiyi gərginlik sıfıradək düşüb. Vaşinqton və Təl-Əvivin açıq şəkildə ümid bəslədiyi teokratik rejimin dəyişilməsi belə də baş tutmayıb.

Çoxsaylı “dəstək tvitləri” və ABŞ prezidenti Donald Trampın və ən yaxın silahdaşlarının bəyanatları təsir etməyib – daha çox əksinə, İrandakı etirazçılar üçün “ayı qulluğu” olub. İİR Daxili İşlər Nazirliyinin məlumatına əsasən, ölkə üzrə etiraz aksiyalarına cəmi 40 mindən bir az artıq adam qatılıb.

Bir neçə yüz etiraz iştirakçısı həbs olunub, İranın güc qurumları ilə toqquşmada 20-dən çoxu öldürülüb. Baş vermiş kütləvi iğtişaşların hansı nəticələri olacağı haqda fikir yürütmək hələlik tezdir. Lakin nəticəsiz ötüşməyəcəyinə şübhə etmək lazım deyil – eynilə İran elitası daxilndə rəqabət aparan qrupların ölkədə öz siyasi mövqelərinin  güclənməsi və rəqiblərin mövqeyinin zəifləməsi üçün etirazlardan maksimal dərəcə faydalanmağa çalışdığı kimi.

Etiraz fitilinin yetərincə sürətlə sönməsinin səbəbləri güclü dövlət aparatının repressiv fəaliyyətindən savayı, etiraz hərəkatının ölkənin hər yerində əks-səda verəcək az-çox anlaşıqlı gündəliyinin olmaması idi. Məsələn, mitinqlərdə haqqında danışılan korrupsiya ilə mübarizə – bütün önəmiylə yanaşı yetərincə çeynənmiş və olduqca ötəri tələbdir. Xüsusən də bir çox müsəlman şərqi ölkələrindəki kimi İranda da hər yerdə yayılmış və hətta dözüləsi hadisədir. Bütün İran cəmiyyətini sarsıdacaq konkret korrupsiya qalmaqalına bağlılıq olmadan bu cür şüarlara üz tutmaq kütlələrin səfərbərliyi baxımından az effektlidir.

Söz yox, İranın özündə sosial-iqtisadi problemlərin həll edilmədiyi fonda “HƏMAS”a, “Hizbullah”a və yaxud Suriyadakı hərbi kampaniyanın maliyyəsinin kəsilməsi siyasi baxımdan daha ölüçülüb-biçilmiş tələbdir. Ancaq İran cəmiyyəti, o cümlədən bütün dünyanın maliyyələşmənin gerçək miqyası haqda tutqun təsəvvürə malik olduğu və bu məqsədlər üçün ayrılan vəsait haqda məlumatın qapalılığı şəraitində predmetli hər hansı ittiham irəli sürmək çətindir. Həm də İranın Suriyadakı fəaliyyəti onun bölgəsəl maraqlarının yeridilməsi baxımından bəraət qazanır və İİR-də bu cür mövqeyi çoxları bölüşür. Nəhayət, ən azı, nümayişçilərin bir qismi İranda fəaliyyətdə olan dini rejimi tamamilə əvəzləmək uğrunda çıxış edib. Lakin etirazçılar bu zaman bəzilərinin  monarxiyaya dönüş çağırışından başqa heç bir alternativ model təklif etməyiblər. Amma çətin ki iranlılar İranda şah hakimiyyəti zamanında xalqın heç də xoş yaşamadığını unudarlar, varlılarla yoxsullar arasında uçurum çox böyük idi, quduz neft gəlirlərilə on minlərlə Amerika müşavirini saxlayan (təkcə hərbi müşavirlərin sayı 30 min təşkil edirdi) dövlət aparatına şaxələnən korrupsiya isə dəhşətli həddə çatırdı.

Diqqətçəkəndir ki, İİR keçmiş xarici işlər naziri Əliəkbər Salehinin dəyərləndirməsinə görə, ölkə əhalisinin tam 40%-i təşkil edən İran azərbaycanlıları etiraz aksiyasına tamamilə etinasızlıq göstəriblər. İranın əsasən azərbaycanlılar yaşayan əyalətlərində heç bir etiraz qeydə alınmayıb. Hətta ənənə üzrə Təbriz kimi “inqilabi” şəhərdə tamamilə sakitlik idi. Bununla belə, İran azərbaycanlıları əhalinin fəal siyasi qrupudur. Söhbət onların hüquq və ləyaqətinə toxunmaqdan gedəndə səfərbər olunmaq bacarıqlarını dəfələrlə sərgiləyiblər. “İran” qəzetində onları təhqir edən karikaturaya görə 2006-cı ildəki kütləvi çıxışları və yaxud 2015-ci ildə IRIB dövlət telekanalında azərbaycanlıların milli hisslərinə toxunan “Fitileh” verilişi efirə gedəndən sonra onların etirazlarını yada salmaq kifayətdir. Etirazçılar hər iki halda öz məqsədlərinə nail olublar – jurnalistlər işdən azad və hətta həbs olunublar, qəzet və televeriliş bağlanb.

İranın azərbaycanlı əhalsi etiraz aksiyalarına bu dəfə niyə qoşulmayıb? Fikrimizcə, buna bir neçə amil səbəb olub.

Yüksək ehtimal payı ilə güman etmək olar ki, İran cəmiyyətini birləşdirən əsas element qismində şiə islamına güvənməkdən imtina edən antisistemli siyasi hərəkat fars millətçiliyi və panirançılığa söykənəcək. O, Pəhləvilər sülaləsinin hakimiyyəti dönəmində dövlət ideologiyası səviyyəsinə qaldırılarkən azərbaycanlılar titulsuz digər millətlərlə bərabər hətta universitetdə doğma dildə danışmağa görə cəzalandırılıb. 1930-cu illərdə Azərbaycan əyalətinin qubernatoru Abdulla Mustofi gizlətmirdi ki, məsələn, onun siyasətinin hədəfi türk dilindən istifadənin qabağını almaq idi. Hazırda İİR-də baş verdiyi kimi, ölkədə Azərbaycan dilində qəzet və dərgilərin nəşr edilməsi, universitetlərdə isə Azərbaycan dili fakultələrinin fəaliyyət göstərməsindən söhbət də gedə bilməzdi. İranda İslam inqilabı qismən bu səbəbdən milli azlıqlar və birinci növbədə inqilabi hərəkatın avanqardında duran azərbaycanlılar tərəfindən geniş dəstək alıb. Deməli, 1978-ci ilin fervralında  azərbaycanlıların məskunlaşdıqları Təbriz şəhərində şah hakimiyyətinə qarşı ən kütləvi etiraz keçirilib.

İndiki gündə İran ruhanilərinin önəmli qismi etnik azərbaycanlılardır. Onlar ölkənin hakim elitasına geniş inteqrasiya olunublar.

Baş ayətullah Əli Xameneinin özü etnik azərbaycanlıdır və Azərbaycandan dövlət nümayəndə heyəti ilə görüşlərdə tez-tez doğma dilinə keçir. İran ali liderinin İran azərbaycanlısının ailəsiylə söhbətinin videosu bu yaxınlarda sosial şəbəkələrdə geniş yayılıb. Ailədəki beş yaşlı uşağın türk dilini bilmədiyini öyrənən Xamenei bildirib: “Fars dilini məktəbdə və küçədə öyrənirlər. Öz evinizdə ona türk dilini öyrədin. Qoy hər iki dili bilsin”.

Çağdaş İranda milli azlıqların hüquqlarıyla bağlı durum da problemsiz deyil, amma Pəhləvilər dövründəki milli siyasət müqayisəolunmaz dərəcədə daha az liberal idi.

Yəqin ki, İran azərbaycanlılarının əhvali-ruhiyyəsində bu günlərdəki etirazlar zamanı İİR-ə qarşı loyal mövqe tutan Türkiyə və Azərbaycan da öz müsbət rolunu oynayıb. AR XİN mətbuat katibi Hikmət Hacıyev ümidini bildirib ki, hadisələr dinc məcrada və İran qanunvericiliyinə uyğun inkişaf edəcək. Son dəqiqləşdirmə iğtişaşların dolayısı ilə pislənməsidir. Türkiyə İrandakı “fitnəkarlıqlara” qarşı çıxış edib, prezident Ərdoğan isə hətta Həsən Ruhaniyə şəxsi dəstəyini ifadə edərək bu zaman ABŞ prezidenti Trampı və baş nazir Benyamin Netanyahunu İran etirazçılarına dəstəkdə ittiham edib.

Əslində, Bakı və Ankaranın tam bir sıra səbəbləri var ki, İranda sabitliyin qorunmasında  maraqlı olsunlar. İran Türkiyə üçün İraq və Suriyada güclənən kürd amilinə müqavimətdə əsas tərəfdaş olaraq qalır. Son dörd ildə Tehranla ikitərəfli siyasi və iqtisadi münasibətlərin təməlini ciddi şəkildə möhkəmləndirmiş Bakı bundan sonra da bunu inkişaf etdirmək niyyətindədir.  Azərbaycan xüsusən də Rusiya və İranla əməkdaşlıqda bölgəsəl “Şimal-Cənub” layihəsinin çox tezliklə gerçəkləşdirilməsində maraqlıdır. Bundan savayı, Azərbaycanın cənub və ən uzun sərhədində sabitlik, həmçinin on milyonlarla İran azərbaycanlısının taleyi onun üçün son dərəcə mühümdür.

İranda gedən, nə İranın daxilindəki azərbaycanlıların, nə də bölgənin İranla qonşu iki türk dövlətinin – Türkiyə və Azərbaycanın dəstəklədiyi etirazlara reaksiya bölgə xalqları və dövlətləri arasında yüksələn siyasi inama parlaq sübut oldu. Demək mümkündür ki, bölgə bu cür durumda “yetkinlik imtahanı”ndan keçib və bu, bölgəsəl əməkdaşlığın bundan sonrakı inkişafı və qarşılıqlı inam üçün yaxşı dayaq olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam