Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Türkmən qadınlarına avtomobil sürməyi qadağan etdilər

Türkmən qadınlarına avtomobil sürməyi qadağan etdilər

 

 

Ötən ilin dekabrının ortalarından Türkmənistan rəhbərliyi qadınlara sükan arxasında əyləşməyi qadağan edib. Bu zaman onlarda sürücülük vəsiqəsinin olub-olmaması fərq etmir

 

Yenixeber.org: “Türkmənistan Alternativ Xəbərləri” portalına istinadən xəbər verir ki, dekabrda avtonəqliyyat müfəttişləri bu qadağanı pozan qadınlara növbəti postda cərimələnəcəkləri barədə xəbərdarlıq ediblər.

“Əvvəlcə bu məlumatı zarafat kimi qəbul edirdim, sonra özüm şəxsən belə halla qarşılaşdım”, - Aşqabad sakini deyir. - İndi qadınlar sükan arxasına əyləşməyə qorxurlar, ona görə çoxlarını işə, evə həyat yoldaşları aparıb-gətirirlər”.

Başqa mənbənin sözlərinə görə, dövlət idarələrinin şəxsi avtomobillə işə gələn qadın əməkdaşlarından sükan arxasında əyləşməyəcəkləri barədə iltizam alıblar.

Qeyd edək ki, bundan əvvəl Türkmənistanda qara rəngli avtomobillərin qadağan olunması barədə xəbərlər yayılmışdı.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam