Redaktor seçimi
Alimin “İntihar kəndiri”:
Biləsuvarda analoqsuz “torpaq hərracı”:
Bir səfilin harayı:
Gömrük Komitəsi belə ləğv olunur:
Binəqədi ziblixanalarında “yuyulan” dövlət vəsaiti:
Monopoliyanı doğuran “Bermud üçbucağı” belə yarandı-
Qorxmaz Hüseynovun qardaşına ağır ittihamlar:
“Broker Əbülfəz”dən yeni xəbər var:
Günün xəbəri

Əbülfəz Məlikov sahibkarların belini qırır

 

 

         “Broker” MMC-nin rəhbəri iş adamlarına “Gilan Holdinq”in mallarını zorla satır; sahibkarlar bu şəxsin barəsində ölçü götürülməsi üçün prezidentə səsləndilər

 

     “xeberinfo.com"nun əldə etdiyi məlumata əsasən “Broker” MMC-nin sahibi, “Broker Əbülfəz” kimi tanınan Əbülfəz Məlikov sahibkarlar qarşısında yeni əcaib tələb qoyub. O, ölkəyə mal gətirən iş adamlarından tələb edir ki, öncə onun təklif etdiyi malı alsınlar, bundan sonra həmin həcmdə də xaricdən eyniadlı məhsulu gətirməsinə icazə verəcək". Bu məlumatı redaksiyamıza bir iş adamı verdi. Onun sözlərinə görə, yeni qaydalar irili-xırdalı bütün iş adamlarına aiddir: 
    “Əks təqdirdə, həmin sahibkarın ölkəyə mal gətirməsinə imkan vermir. Bu qayda təxminən 1 aydır qəti şəkildə tətbiq edilir. Əvvəllər də bunu ediblər, ancaq o zaman qaydalar belə qəddar deyildi. Tutaq ki, 100 minlik mal gətirəndə, tələb olunan ”haqq"la yanaşı, 10 min manatlıq da Əbülfəz Məlikovun təklif etdiyi malı almalı idin. İndi isə qayda dəyişib; 100 min manatlıq mal vurmusansa, mütləq azı 50 min manatlıq da ondan eyni adlı, tam keyfiyyətsiz, “Gilan Holdinq”in istehsalı olan mal almalısan. Yoxsa iş adamlarına ölkəyə mal keçirməyə imkan verilmir, gətirdiyin mal gömrükdən buraxılmır, hansısa bir bəhanə ilə müsadirə edilir. Hazırda orta və kiçik iş adamları ölkəyə xaricdən əsasən pal-paltar, parça müəyyən həcmdə də yeyinti məhsulları gətirilir. Digər strateji mallar tam monopoliyadadır. İndi bizim başımıza elə bir oyun gətirirlər ki, artıq heç pal-paltar, parça da gətirməyimiz mümkün deyil. Son 1 ildə “Gilan Holdinq” parça-paltar istehsalı ilə də məşğul olur. Əbülfəz Məlikov ölkəyə bu adda mal gətirən adamdan tələb edir ki, mütləq “Gilan Holdinq”in istehsalı olan eyni məhsulu da həmin həcmdə almalıdır. Tutaq ki, mən Çindən, Türkiyədən 50 min manatlıq parça gətirmişəm. Buna görə Əbülfəz Məlikov gözlənilən qazancın 50 faizini bəri başdan alır. Daha sonra da tələb edir ki, azı 30 min manatlıq da ondan həmin çeşidli malı almalıyam. Onun təklif etdiyi məhsul tam keyfiyyətsizdir, bazarda alıcısı yoxdur, əksəri də “Gilan”ın mallarıdır. Çox çıxılmaz bir durum yaranıb. Bu şərtlər altında artıq işləməyimiz mümkün deyil. Əbülfəz Məlikov bizə qan uddurur. Ona deyirik ki, bu hərəkətləri ilə o, iş adamlarını hakimiyyətdən narazı salır, prezidentin siyasətinə qarşı çıxır. Əbülfəz Məlikov deyir ki, mən beləyəm. Gedin kimə istəyirsiniz şikayət edin, xoşunuza gəlmir ticarətlə məşğul olmayın, bu ölkənin “qanunları” belədir. Axı biz öz ölkəmizdən hara gedək? Əlacımız ona qalıb ki, tətil edək, kütləvi aksiyalara başlayaq. Artıq sahibkarlar bu həddə çatıb. Biz prezidentdən xahiş edirik, Əbülfəz Məlikovun bu əməllərinə soy qoyulması üçün göstəriş versin, daha dözə bilmirik. Mənim hazırda müxtəlif banklara 100 min manatdan çox borcum var, onu necə ödəyim. Balalarımı necə saxlayım?"
    Nəzərə çatdıraq ki, son illərdə Əbülfəz Məlikovun gömrükdə tətbiq etdiyi “qaydalarla” bağlı dəfələrlə yazılıb. Bu şəxs “Broker” MMC kimi tanınan, rəsmi qeydiyyatda isə “Trans Broker” MMC olan şirkətin rəhbəridir. Broker fəaliyyəti adı altında o, faktiki olaraq ölkəyə mal idxalına nəzarət edir, “töycü” yığır. 
   Mənbələr bildirir ki, gömrük işçilərinin yanında olan brokerlər mülki geyimdə olurlar. Heç bir sənədi, səlahiyyəti olmayan bu adamlar təkcə idxalla məşğul olan iş adamlarına deyil, sadə vətəndaşların yüklərinə də “ilişirlər”. Xarici ölkədən qayıdan vətəndaşların ailə üzvlərinə, yaxınlarına aldığı hədiyyələr də idxal malı kimi sənədləşdirilir və ondan rüsum tutulur. 
     Bu yaxınlarda onun vergidən milyonlarla manat yayınma, qaçaqmalçılıq ittihamı ilə xüsusi xidmət orqanları tərəfindən saxlanıldığı, amma az sonra azad edildiyi haqda da məlumat yayılıb. Bununla bağlı redaksiyamıza daxil olan məlumata görə, Ə.Məlikov “ümumi kassa”dan yayındırılan 50 milyon manata görə saxlanılıb. Onunla birlikdə Çindən mal gətirən “Karqo” şirkətinin sahibi Şamil müəllim də saxlanılıb. Bir neçə gün saxlanıldıqdan sonra sərbəst buraxılıblar. 
    Məlumatlara görə, ümumiyyətlə son vaxtlar monopolistlərin öz aralarında ciddi ziddiyyət var. Şamil adlı sahibkarın 11 maşın yükü Qazaxıstanda naməlum səbəblərdən saxlanılıb. Həmin sahibkar bu məsələdə Hacı Fərhad adlı başqa bir monopolistdən şübhələnir. Hacı Fərhad da “Karqo” şirkətinin sahibidir. “Karqo” şirkətləri hər maşın yükə görə 5 min manat “təzminat” ödəməli olurlar. Bu mənbədən  “təzminatları” isə Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov yığır.

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?

    Bəli
    Xeyr