Redaktor seçimi
Ağciyər Xəstəlikləri İnstitunda HƏQİQƏTdənkənar özününümayiş:
Binəqədi ziblixanalarında “yuyulan” dövlət vəsaiti:
ON İLLİYİN PROQNOZU –
Monopoliyanı doğuran “Bermud üçbucağı” belə yarandı-
DÜNYA 2018-ə 1,67 TRİLYONLUQ HƏRBİ BÜDCƏ İLƏ GEDİR-
Qorxmaz Hüseynovun qardaşına ağır ittihamlar:
“Broker Əbülfəz”dən yeni xəbər var:
Uzaqgörən siyasət nümunəsi
Günün xəbəri

Hacı Əliyev 36 min dollarlıq müqavilə barədə:Mənə 7 min çatacaq

Hacı Əliyev 36 min dollarlıq müqavilə barədə:

 

 

Sərbəst güləş üzrə 3 qat dünya çempionumuz Hacı Əliyevin Hindistanın Pro Restlinq Liqa adlanan yarışında iştirak edəcəyini xəbər vermişdik

 

Yenixeber.org: Hacı Əliyevin 36 min dollarlıq müqavilə bağladığı deyilirdi. Lakin Əliyev bu pulun hamısının ona çatmayacağını bildirdi:

“Bu 36 min dollardan mənə maksimum 7 mini çatacaq. Qalan pul klubun digər əməkdaşlarına veriləcək. Komandamın adı “Dehli Sultanları”dır (Delhi Sultans).

Yeri gəlmişkən, bu komandada millimizin digər üzvü Arslanbəy Alborov da çıxış edəcək. Yəni, o başqa komandada yox, mənimlə eyni klubda olacaq. Liqa yanvarın 9-da start götürəcək. İlk görüşüm Toğrul Əsgərovun Olimpiadanın finalında uduzduğu rusiyalı Soslan Ramonova qarşıdır”.

Hacı Əliyev bu yarışda yığmamızın digər üzvü Cəmaləddin Əliyevin də iştirak edə biləcəyini istisna etmədi:

“O da son anadək komandalardan birinə qoşula bilər. Yeri gəlmişkən, ötən il Azərbaycanı bu turnirdə Toğrul Əsgərovla Cəbrayıl Həsənov təmsil etmişdi”.

Qeyd edək ki, bu yarış 2015-ci ildən Hindistanda keçirilir. Yarışda 6 klub mübarizə aparır. Digər 5 klub bunlardır: “Haryana Hamers”, “Pancab Royals”, “Mambey Maharathi”, “Danqal” və “Vir Maratas”. Hər komandanın heyətində 9 idmançı - 5 yerli və 4 əcnəbi olmaqla 5 kişi və 4 qadın güləşçi mübarizə apara bilər.  

 


Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?

    Bəli
    Xeyr