Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

İradə Gülməmmədova Xırdalanda ağacları belə məhv edir- Sakinlər etiraza qalxdı (VİDEO)

İradə Gülməmmədova Xırdalanda ağacları belə məhv edir

 

 

Xırdalanda yenidən “yaşıl soyqrım” faktı qeyd alınıb

Yenixeber.org: Şəhər sakinlərindən redaksiyamıza təqdim olunan videodan məlum olur ki, budəfəki ağac kəsimi, şəhərin düz mərkəzində, Heydər Əliyev prospekti 156 ünvanında, yolun kənarında həyata keçirilib. İnsanların ən sıx olduğu, Heydər Əliyev parkına gedən yolu bağlayıb, oradakı ağacları günün günorta vaxtı, kəsib daşıyıblar.

Sakinlərin şikayətindən sonra əraziyə polis əməkdaşları gəlib. Bundan sonra məlum olub ki, ağaların kəsilməsi icra başçısı İradə Gülməmmədovun verdiyi sərəncam əsasında həyata keçirilir. Dağıntı işlərini aparan şəxslər həmin ərazidə üç obyektin tikilməsi üçün icra başçısının sərəncamını göstərəndən sonra polislər şikayətçiləri sakitləşdirib, geri qayıdıblar.
Sakinlərin sözlərinə görə, həmin əraziyə ölkə başçısı İlham Əliyevin Xırdalana noyabr ayında baş tutan səfəri öncəsi 10 iri küknar ağacı əkilib. İndi isə onlar çıxarılıb başqa yerə aparılıb. Bundan əlavə onlarla çinar və zeytun ağacları məhv edilib. Şikayətçilər bildirib ki, ilkin olaraq 135 kvadratlıq iki mərtəbəli obyekt tikiləcək. Daha sonra isə eyni ölçüdə daha iki tikili ərsəyə gətiriləcək.
Şikayətçilər deyib ki,  ağacların məhv edilməsiylə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli şöbəsinə müraciət edilib: “Onlar gəlib əraziyə baxış keçirib, sənədləşdirib getdilər”.
Əlavə ediblər ki, həmin ərazinin alınması ilə bağlı illərdir, bir neçə iş adamı dəfələrlə cəhd göstəriblər, lakin iş baş tutmayıb: “Bundan əvvəlki icra başçısı Zakir Fərəcova dəfələrlə müraciətlər olunmuşdiu. Lakin o, yol kənarında yaşıllığn məhv edilməsinə, hansısa obyektin tikilməsinə icazə verməmişdi. Əksinə, buradakı yaşıllığın daha da artılımasını tapşırmışdı. Bura rayon “Mədəniyyət evi” ilə Heydər Parkını birləşdirən yoldur. İndi isə buraları alverxanaya çevirmək istəyirlər. İcra başçısı nə qanuna, nə insanların hissiyyatına hörmət edir”.
Məsələ ilə bağlı sakinlər Prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya, Milli Məclisə və Baş Prokurorluğa teleqram vuracaqlarını deyiblər.



(realmedia)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam