Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Abbas Abbasov yenidən hədəfə gəldi

 

    Baş nazirin sabiq birinci müavininə qarşı kampaniyanın növbəti dalğasının sirri

   "Xeberinfo.com": Baş nazirin sabiq birinci müavini, Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (AzərRos) Ağsaqallar Şurasının sədri Abbas Abbasov yenidən hədəfə gəlib. Artıq bir neçə gündür ki, hakimiyyət qəzetlərində Abbas Abbasova qarşı kampaniyaya start verilib. Bundan başqa dünən Diasporla Iş üzrə Dövlət Komitəsinin sədri Nazim Ibrahimov baş nazirin sabiq birinci müavinini tənqid atəşinə tutub.   

Publika.az-a müsahibəsində “Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinə  rəhbərlik edən Abbas Abbasovun fəaliyyətinin bütün çalarları artıq göz qabağındadır” deyən Nazim Ibrahimov bildirib ki, Abbas Abbasov əməllərindən geri çəkilməlidir: “Mən hər zaman demişəm ki, söylədiyin fikirlərlə öz mövqeyini tam formada ortaya qoymalısan, dediyin sözlərlə əməllərin uyğun gəlməlidir və sairə. Mən bu fikirləri indi yenə söyləyirəm. Əlbəttə, xoşagəlməyən haldır ki, Azərbaycan hökumətinin üzvü olan, Azərbaycan hökumətində formalaşmış bir adam indi də gedib Rusiyada Azərbaycan əleyhinə iş aparsın. Bu yaxşı hərəkət deyil. Faktiki olaraq indi də əgər Abbas Abbasovun bu cür əməlləri varsa, o zaman o bu əməlindən geri çəkilməlidir”.

Abbas Abbasovun yenidən hədəfə gəlməsilə bağlı bir sıra mülazizələr irəli sürülür. Bəzi ehtimallara görə, Rusiya ilə münasibətləri qaydasına salan Azərbaycan hakimiyyəti Abbas Abbasovun vaxtilə etdiklərinə görə qisas alır. Qeyd edək ki, Abbas Abbasov “Milyarderlər Ittifaqı”nın təsisçisilərindən biri və eyni zamanda sədridir. Bu qurum təsis ediləndən sonra hakimiyyətlə Abbas Abbasov arasındakı münasibətlər pozulub. Bəzi məlumatlara görə, iqtidar “Milyarderlər Ittifaqı”nın Kremlin Azərbaycanda hakimiyyət dəyişikliyi ilə bağlı layihəsi hesab edir. Abbas Abbasovun bu layihədə yer alması iqtidarın hiddətinə səbəb olub. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam