Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Seriallarımızda aktyorlar niyə öz paltarlarını geyinir?– AÇIQLAMA

Seriallarımızda aktyorlar niyə öz paltarlarını geyinir?

Dünya praktikasına nəzər yetirsək, “Game of Thrones”dan tutmuş “Aşk-ı memnu” kimi seriallara qədər hər bir aktyorun geyiminə diqqət edən, onları yönləndirən stilistlərini görərik. Həmin stilistlər səhnəyə uyğun olaraq aktyorun geyimini seçir, hətta aksessuarları belə ona görə tənzimləyir. Ancaq bizim yerli seriallara baxdıqda, bu hala çox az rast gəlinir. Geyim məsələsinin problemli olduğu bir ekran işi də “Xəzər” TV-də yayımlanan “Lal yuxu” serialıdır

Belə ki, sözügedən serialda aktyorların öz geyimlərindən istifadə etməsi diqqətdən yayınmayıb.

Yenixeber.org: Məsələ ilə bağlı serialın ideya müəllifi və baş rol ifaçısı Oksana Rəsulova  suallarını cavablandırıb:

 “Xeyr, aktyorlar orada öz geyimlərindən istifadə etmir. Onlardan yalnız üçü - Emil Bədəlov, Şəhriyar Əbilov və Türkay Cəfərli öz libaslarından istifadə edir. Türkayın bəzi paltarları prodakşn tərəfindən verilir. Ancaq Şəhriyar sırf öz üslubu ilə geyinir deyə, başqa paltarları istifadə etmir. Serialdakı obrazı yazılarkən Şəhriyarı nəzərə alıb, ona uyğun yazmışıq”.

Ekran işində Ayxan obrazını canlandıran Türkay Cəfərli isə məsələyə belə münasibət bildirib:

“Bir-iki səhnədə öz paltarımı geyinmişəm. Geyimlərimin 98%-i şirkət tərəfindən qarşılanır. Bir epizodda çəkilişə gecikmişdim deyə, öz geyimimlə çəkildim. Ayxan obrazı bir az çılğın tipajdır, ona görə mənim geyim tərzim ona uyğun gəlir”.

Qeyd edək ki, eyni problemlər başqa seriallarda da mövcuddur. Aktyorların serialdakı obrazlarında öz şəxsi qarderobundan istifadə etməsi prodakşnların az büdcə ayırmasından və rəssam işinin zəif olmasından irəli gəlir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam