Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

İtkin düşən alpinistləri Qəbələdə axtarırlar

İtkin düşən alpinistləri Qəbələdə axtarırlar

 

 

Quba rayonu istiqamətində itkin düşmüş “Gilavar” hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları dayandırılmayıb

 

Yenixeber.org: Bu barədə “Gilavar” hava və ekstrim idman klubunun rəhbəri Ziya Qasımovbildirib.

Onun sözlərinə görə, axtarışlar fasiləsiz aparılır: “Bir neçə istiqamətdə axtarışlar davam etdirilir. Hazırda bizim axtarış qrupumuz Qəbələ rayonu ərazisində axtarışlara başlayıb. Axtarışlar bir neçə qrup tərəfindən aparılır. İnanırıq ki, alpinistlərimizi sağ-salamat tapacağıq. Bir neçə gün əvvəl izlər aşkarlamışdıq. Lakin həmin izlərin bizim alpinistlərə məxsus olub-olmadığını hələ dəqiq deyə bilmərik”.

Z.Qasımov itkin düşən alpinistlərin icazəsiz səfərə çıxması məsələsinə də münasibət bildirib. Klub rəhbəri deyib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: “Alpinistlər icazəli və plan üzrə səfərə çıxmasaydılar, onlar Xınalıqdakı Sərhəd Qoşunlarının postundan keçə bilməzdilər. Onların icazəsi var idi ki, postdan keçə biliblər”.

Xatırladaq ki, ötən il dekabrın 23-də “Gilavar” hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətinə hərəkət edərkən onlarla əlaqə kəsilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam