Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Mehriban xanım Əliyevanın Füzuliyə diqqət və qayğısı...

 

 "Xeberinfo.com": Xeyriyəçilik, yaxşı əməl, mənəvi saflıq bəşər övladının özündən sonra qoyub getdiyi ülvi və müqəddəs dəyərlərdir. Mənəvi kamillik səviyyəsinə qovuşmuş şəxsiyyətlər öz əməlləri ilə həmişə başqalarına örnək olur, dövrünün problemlərinə əsl ziyalı, vətəndaş təəssübkeşliyi ilə yanaşır, xalqının xoşbəxt və təminatlı gələcəyinə xidmət edən xeyrxah əməllərin müəllifinə çevrilir. Humanizm və nəciblik kimi missiyaları şərəflə yerinə yetirən Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSSESKO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyevanın ictimai-siyasi və mədəni həyatımızdakı rolu son dərəcə mühüm, xidmətləri danılmazdır.

Mehriban xanım Əliyevanın fəaliyyəti təkcə Azərbaycanın hüdudları ilə məhdudlaşmır, bir çox ölkə və qitələri əhatə edir. 

Respublikanın bütün bölgələrində olduğu kimi Füzuli rayonunda da Mehriban xanım Əliyevanın, onun rəhbərlik etdiyi Heydər  Əliyev Fondunun qayğısını və diqqətini əhalimiz daim hiss edir. Siyasi və ictimai xidmətləri ilə dünyada böyük nüfuz qazanan hörmətli Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə Horadiz şəhərində Muğam Mərkəzinin gənc istedadların istifadəsinə verilməsi onun milli musiqiyə, muğam sənətinə, füzulililərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü ilə Horadiz şəhərində 240 şagird yeri olan iki mərtəbəli ən müasir avadanlıq və dərs ləvazimatları, kitabxana, idman zalı, kompyuter, istilik sistemi ilə təchiz olunmuş, müxtəlif növ ağaclar əkilmiş bir hektara yaxın ərazisi olan məktəb tikilərək istifadəyə verilmişdir.

Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər  Əliyev  Fondunun Füzuli rayonuna köməyi  başqa  sahələrdə  də  özünü  göstərir.  Azərbaycan uşaqlarına diqqət və qayğını fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyən edən Mehriban Əliyeva füzulili  körpələri  də  yadından  çıxarmır. Hazırda  Heydər  Əliyev Fondunun  maliyyə  dəstəyi ilə Horadiz  şəhərində  100  çarpayılıq, Bala  Bəhmənli  kəndində  isə  60  çarpayılıq  uşaq  bağçasının  tikintisi başa çatmışdır.

          Öz tarixi keçmişləri ilə fəxr edən Füzulililər Tarix-Diyarşünaslıq   Muzeylərinin  olmamasından  uzun  illərdir  əziyyət çəkirlər  və  rayon  ərazisində   muzey  tikilməsi  üçün  müxtəlif  təşkilatlara  müraciət  edirdilər. Heydər  Əliyev  Fondunun  Prezidenti  xanım  Mehriban  Əliyeva  füzulililərin  bu  arzusunu da  reallığa  çevirmişdir.  Horadiz şəhərində yeni salınmış Gənclər Prospektində Tarix-Diyarşünaslıq Muzeyinin tikintisi başa çatmışdır və yaxın günlərdə istifadəyə veriləcəkdir.

          Əhalinin  sosial  müdafiəsinə  xidmət edən çoxsaylı xidmətləri füzulililərin Mehriban xanım Əliyevaya və ölkə başçısına olan inamı güclənir, arzu olunan günlərin – Füzuliyə qayıdışın böyük əsası olduğu inamını artırır. Füzulililər bu inamla yaşayır və işləyirlər.

Biz füzulililər Ulu öndərimizin ölməz irsini layiqincə yaşadan, humanizm və nəciblik, ölkəmizdə mədəni irsin qorunması, Azərbaycan mədəniyyətinin bütün dünyada layiqincə təbliği kimi missiyaları şərəflə yerinə yetirən Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətini diqqətlə  izləyir və yüksək qiymətləndirirlər.

Mehriban xanım Əliyevanın həyata  keçirdiyi  bütün layihələrin qayəsində və təməlində sosial yönüm, humanizm, bərabərlik, ədalət,  insana sevgi  və sabaha ümid dayanır. 

Füzulililər fəxr edir ki, Mehriban xanım Əliyeva harada olursa-olsun, hansı işi görürsə-görsün, onun üçün  Azərbaycan sevgisi, insan sevgisi birincidir!

 

          


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam