Redaktor seçimi
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Günün xəbəri

İqtisadiyyat naziri Tacikistan səfiri ilə görüşüb

 

İqtisadiyyat naziri, Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev Tacikistan səfiri Rustam Soliyev ilə görüşüb

 

 

Yenixeber.org: Nazirlikdən verilən məlumata görə, görüşdə Azərbaycan və Tacikistan arasındakı iqtisadi əlaqələrin hazırkı vəziyyəti və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

 

Qeyd edilib ki, iki ölkə ticarət, investisiya, nəqliyyat, tranzit, İKT, turizm, təhsil və digər sahələrdə uğurla əməkdaşlıq edir. Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarının geniş olduğu, tranzit, kənd təsərrüfatı sahələrində əməkdaşlığın, Azərbaycanın kənd təsərrüfatı məhsullarının Tacikistana ixracının, Azərbaycan iş adamlarından ibarət ixrac missiyasının Tacikistana səfərinin təşkilinin, yerli şirkətlərin Tacikistanda həyata keçirilən layihələrdə iştirakının ölkələrimiz arasında əlaqələrin inkişafı baxımından əhəmiyyəti diqqətə çatdırılıb və bu məsələlərin reallaşdırılması barədə fikir mübadiləsi aparılıb.

 

Görüşdə Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə də iştirak edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam