Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Həqiqət Qədirova:"2017-ci ildə vərəmdən ölüm göstəricisi azalıb"

 

 

“2017-ci ildə vərəmdən ölüm göstəricisi aşağı düşüb”

 

 

Yenixeber.org: Bunu Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova 2017-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında deyib.

 

H. Qədirova bildirib ki, 2010-cu ildə hər 100 min əhaliyə ölüm göstəricisi 7,9 təşkil edirdisə, 2016-cı ildə 4,6 olub, 2017-ci ildə isə ilkin göstərici 4,5 təşkil edir. Vərəmin gecikmiş və yayılmış formalarında da 2010-cu illə müqayisədə 2 dəfə azalma var. Vərəmli xəstələrin aktiv müalicəyə cəlb edilməsi, geniş miqyaslı profilaktik tədbirlər, bu xəstələrin dərman preparatları ilə tam təminatı nəticəsində son üç ildə göstəricilərdə dinamik azalmaya nail olunduğunu deyən H. Qədirova qeyd edib ki, 2010-cu ildə hər 100 min nəfərə xəstələnmə göstəricisi 53 idisə, hazırda bu rəqəm 39-dur. İlkin aşkarlanan vərəm hallarının sayı da 21 faiz azalıb.

 

İnstitutun direktoru Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən bu ilin iyun ayından çoxsaylı dərmanlarla davamlı vərəm xəstələrinin müalicəsinə başlanıldığını, bu günədək 183 xəstənin həmin müalicəyə qoşulduğunu vurğulayıb. O, vərəmlə mübarizə xidmətinin qarşısında vərəmin ölkədə azalması və gələcəkdə ləğv edilməsi kimi ciddi vəzifənin durduğunu qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam