Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Ötən ilə qısa baxış —2017-ci il RƏQƏMLƏRLƏ

 

Ötən ilə qısa baxış
2017-ci il bir çoxlarının həyatında dönüş nöqtəsi olsa da, bəziləri üçün yaxşı il sayılmadı.

 Dünyada baş verən hadisələrə bir də rəqəmlərlə nəzər salaq.

Bu rəqəmləri və hadisələri oxucularımıza təqdim edirik.

37 min 993

ABŞ-ın rəhbərlik etdiyi koalisiya İraq və Suriyada İŞİD terror qruplaşmasına qarşı istifadə etdiyi bombaların sayıdır.
Rusiya hər iki ölkədə bir çox hərbi əməliyyat keçirsə də, rəqəmləri açıqlamayıb. ABŞ və Rusiya tərəfindən həyata keçirilən hava hücumlarında ölən mülki vətəndaşların sayı çox olsa da, İŞİD əlindəki torpaqları məhz bu hücumların sayəsində itirdi.

127

Dünyanın ən çox vulkana sahib ölkəsi olan İndoneziyada aktiv vulkan sayıdır. Noyabr ayında bu vulkanlardan ən aktiv olan Aqunq dağı partladı. On minlərlə sakin təxliyə edildi.

1 milyon 700 min nəfər

Məşhur Hollivud prodüseri Harvi Vaynştayn haqqında zorlama iddiaları oraya çıxdıqdan sonra başlayan kampaniya çərçivəsində Tvitterdə #metoo haştağı altında başına gələnləri danışanların sayıdır. Bu kampaniyada 85 ölkədən insanlar iştirak edib.

Sıfır

Arakandakı müsəlmanlara qarşı qətliamdan sonra beynəlxalq ictimaiyyətin çağırışlarına rəğmən Myanmarın Nobel Sülh mükafatı sahibi Aunq San Suu Kyinin şiddəti qınayan açıqlama sayıdır. Sərhədsiz Həkimlər Təşkilatının hesabatına əsasən, 2017-ci ildə 7 min müsəlman qətlə yetirilib.

812 futbol meydançası

Antarktidadakı "Larcon C" aysberqindən iyul ayında qopan "A68" buz parçasının sahəsidir. Alimlərin fikrinə görə, buna səbəb qlobal istiləşmədir.

Gündə 44 ədəd

Səhiyyə işçilərinin fikrinə görə, Yeni Dehlidə yaşayanların noyabr ayında çirklənmiş hava səbəbindən udduqları havanın bir gün ərzində bərabər olduğu siqaret sayıdır. Dünyada ən çirkli 20 şəhərdən 10-u Hindistandadır.

1600 dəfə

Bitkoin kripto valyutasının qiyməti dekabr ayında 20 min dollara çatdı. 2016-cı ilin rəqəmləri ilə müqayisədə 1600 dəfə çoxdur.

60 milyon Olimpiya hovuzunu dolduracaq qədər su

Harvey qasırğası Texas ştatına avqust ayında 150 trliyon litr yağış yağdırıb. Rəsmi ölçülərə əsasən bu su ilə 60 milyon Olimpiya hovuzunu doldurmaq olar (50 metr uzunluğu, 25 metr eni və 2 metr dərinliyi olan hovuz).

17

Dünyasını dəyişən məşhurların sayıdır. Bu sıraya Hyu Hefner, Jerri Lyuis, Devid Rokfeller, Tom Petti, Fats Domino vəs. daxildir.

3 faiz

"Eurasia" siyasi risk müşavirlik şirkətinin araşdırmasına əsasən, Braziliya prezidenti Mişel Temerin xalq tərəfindən aldığı dəstəyin faiz nisbətidir.(ölke.)

Hikmət Həsənov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam