Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Təqaüdçüləri aldadaraq kartlardan pul oğurlayan şəxs saxlanılıb– FOTO

Təqaüdçüləri aldadaraq kartlardan pul oğurlayan şəxs saxlanılıb

 

 

Qubada təqaüdçülərin pulunu dələduzluqla mənimsəyən şəxs saxlanılıb

 

Yenixeber.org: Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dekarbın 26-da Quba rayon Yuxarı-Tülər kəndində yaşayan bir nəfər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, dekabrın 11-də rayon ərazisində yerləşən Kapital banka məxsuz bankomatdan təqaudünü almaq üçün ora yaxınlaşıb, yaşlı olduğundan tanımadığı şəxsdən kömək istəyib, lakin sonuncu onu aldadaraq kartda pul olmadığını deyərək kartı qaytarıb. Evinə gəldikdə isə qaytarılan kartın ona məxsuz olmadığını oyrənib, dekabrın 26-da kartını yenilədikdən sonra hesabında olan 1300 manatının çıxarılmasını gördükdə həmin şəxsin onu aldadaraq soyğunçluq etdiyini anlayıb.

RPŞ-nin əməkdaşlarının “isti izlərlə” keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən Quba rayon Səbətlər kənd sakini İsmət Şahbazov saxlanılaraq RPŞ-yə gətirilib. Dindirilmə zamanı o törətdiyi əməli eritaf edərək bildirib ki, kartda olan 1300 manatı bankomatdan çıxararaq mənimsəyib.

İ.Şahbazovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində digər faktların da üstü açılıb. Belə ki, kartlarında pul olmadığını deyərək noyabrın 30-da rayonun Qəçrəş kənd sakinini aldadaraq 170 manat və dekabr ayının əvvəlində rayon sakinini 500 manat pulunu eyni üsulla dələduzluq yolu ilə mənimsəyib.

Faktlarla bağlı Quba RPŞ-də İB-də cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.

Əgər İ.Şahbazovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Quba RPŞ-nə və ya şəhər telefonlarından (023)3353511; (023) 3354302 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam