Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Mehriban Əliyeva ilin idman təşkilatçısı elan edildi

Mehriban Əliyeva ilin idman təşkilatçısı elan edildi

 

 

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) 2017-ci ilin idman laureatlarının adlarını açıqlayıb

 

Yenixeber.org: “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ilin idman təşkilatçısı elan edilib.

Azərbaycan Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov ilin idman xadimi seçilib.

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilin idmanı ən yaxşı işıqlandıran informasiya agentliyi elan olunub.

Cari ilin idman jurnalistləri isə Anar Əhmədov (“Olimpiya dünyası”), Həbib Aslanov (“Futbol+”), Oqtay Bayramov (“Xalq qəzeti”) və Vüqar Xeyrullayev (Apasport) olublar. İlin fotoreportyoru nominasiyasında qalib adına Leyla Nağıbəyova (“Neftçi” futbol klubu) layiq görülüb.

“Futbol+” ilin idman qəzetləri, “CBC Sport” isə telekanallar sırasında fərqləniblər. İlin idman nəşri nominasiyasında Əbülqasım Novruzovun müəllifi olduğu “ Şuşada voleybolu sevirdilər...” kitabı qalib seçilib.

Laureatlar sırasında Azərbaycan Velosiped İdman Federasiyasının mətbuat xidməti, həmçinin “sport24.az” və “1news.az” portalları da var.

“Rio-2016”nın gümüş mükafatçısı, güləşçi Mariya Stadnik, IV İslam Həmrəyliyi Oyunlarının üçqat qalibi, bədii gimnast Marina Durunda, “Bakı-2017”nin qalibi, taekvandoçu Patimat Abakarova, üçqat dünya çempionu, güləşçi Hacı Əliyev, üçqat dünya çempionu, bokçsu Məhəmmədrəsul Məcidov və dünya çempionu, taekvandoçu Milad Beigi Hərçəqani ilin idmançıları adına layiq görülüblər.

İlin komandası nominasiyasının qalibi “Qarabağ” futbol klubu, şahmat və cüdo üzrə millilər olub.

“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov, qadın voleybolçulardan ibarət Azərbaycan millisinin çalışdırıcısı Faiq Qarayev və gənclərdən ibarət cüdo üzrə millimizin baş məşqçisi Elçin İsmayılov ilin baş məşqçiləri elan ediliblər.

İlin idman hakimi Hicran Şərifov (güləş), idman azarkeşi isə Elşən Məmmədov olublar.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam