Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Azərbaycanda yeni televiziya kanalı açılır

Azərbaycanda yeni televiziya kanalı açılır

 

 

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib

 

Yenixeber.org: MTRŞ-dan verilən məlumata görə, iclasda Şuranın 14 noyabr 2017-ci il tarixli qərarı ilə ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı) 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək elan edilmiş müsabiqədə iştirak etmiş  “BAKU ART LAB”  MMC,  “Türkel TV” MMC, “MEDİA MASTER” MMC-nin sənədlərinə baxılıb, müsabiqənin nəticələri müzakirə edilib.

MTRŞ “Televiziya və radio yayımı haqqında”  Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli, 345-IIQ saylı Qanununun 15, 19-cu maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası  haqqında Əsasnamə”nin 8.6, 9.6-cı bəndini, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 15 mart 2016-cı il tarixli 176-VQ saylı Qanununun 22.1-ci maddəsini rəhbər tutaraq digər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan “Türkel TV” MMC-ni  ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı) 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək elan edilmiş müsabiqənin qalibi elan edib və ona 31-ci TV yayım kanalında ümumrespublika televiziya  yayımı üçün müddətsiz lisenziya verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam