Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

RUSLAR GÜRCÜSTAN KİLSƏLƏRİNİ BELƏ TALAYIBLAR –Qədim "İncil", Müqəddəs Məryəmin ikonası, kilolarla qızıl... - ARAŞDIRMA

Laşa Berulava

“Qruziya online”, Gürcüstan

 

Yenixeber.org: Bu, Rusiya-Gürcüstan münasibətlərinin kilsə sferası ilə bağlı olan kiçik bir fraqmentidir və Gürcüstanın tarixi mənbələrində qorunub saxlanılır.

 

Pravoslav Rusiya 1811-ci ildə Gürcüstanın 12 əsrlik avtokefal (müstəqil- tərc.) kilsəsini ortadan qaldırıb və gürcü dilində ibadət etməyi qadağan edib.

Rusiya 15 monastırı və 860-dan çox kilsəni bağlayıb, Rus Kilsəsi gürcü freskaları ilə bəzədilmiş məbəd və monastırları rəngləyərək ağardıb, Gürcüstan kilsələrinin əlindən 140 milyon rublluq əmlakı alıb.

Rus ekzarxları (xristianlıqda müstəqil kilsə və ya ayrıca kilsə nahiyyəsi başçısı- tərc.) İmereti kilsə kassasının bütün xəzinəsini satıblar, İmereti katolikoslarının geyim əşyalarını yağmalayıblar, əridərək onlardan 4 kq-dək qızıl çıxarıblar.

Qelati monastırının kassalarında milyonlarla dəyəri olan xəzinə 1870-ci ilədəkqorunub saxlanıb. Onların arasında aşağıdakı qiymətli əşyalar olub:

1. Gürcü dilində olan, qızıl çərçivəli, minalı arakəsmələrlə bəzədilmiş XI əsrə aid çox qədim İncil. "Qelatidən bu İncili ekzarx Yevseviyanın iznilə, Kutaisinin qubernatoru Levaşov aparıb, qızıl çərçivəsini çıxarıb və onu Sazikovun ucuz gümüş haşiyəsilə əvəz edib. Hazırda bu qiymətli qızıl çərçivə Peterburqda, qraf Paninin onu apardığı Stroqanov muzeyində saxlanılır. İngilislər İncilin qızıl çərçivəsinə 100 000 funt sterlinq verərdilər".

2. İmereti katolikoslarının qalın ipək materialdan olan, qızılla tikilmiş və iri mirvarilərlə bəzədilmiş patriarx geyimi… Bu qiymətli geyim Konstantinopolun süqutundan əvvəl hazırlanıb. Ondan əridərək, 8 girvənkə qızıl götürüblər, yaqut və mirvariləri isə bəzək sancaqlarının hazırlanmasında istifadə edilib.

Xəzinənin oğurlanmasına və gizlicə dəyişdirilməsinə görə, qraf Panini və general Levaşovu ittiham edirlər, onlara icazə verən isə ekzarx Yevseviyadır.

Eyni zamanda, ekzarx Yevseviyanın köməyilə Sion məbədindən möcüzəvi müqəddəs Məryəm ana ikonasının qiymətli bəzəyi ilə birlikdə, arxiyepiskopların geyimlərindən çıxarılan çoxsaylı qiymətli əşyalar və onlarla qiymətli bəzək əşyaları da yoxa çıxıb.

Mtsxeti, Alaverdi, Bodbe, Ninotsminda və digər baş kilsələrdən də saysız-hesabsız qiymətli əşyalar – qızıl qablar, xaçlar və digər cavahirat eynilə beləcə yoxa çıxıb. Onların ardınca digər monastırların xəzinələri gəlir…

Yepiskop Kirionun sözlərinə görə, Sion məbədinin kassasında miniatürlü əlyazmalar saxlanılırdı: “Onları ekzarxın icazəsilə qraf Bobrinskiy götürdü, əlyazmalardakı miniatürləri kəsib aldı – miniatürlər də, onların arxasında yazılan mətnlər də itirilib (bax: "Церковные ведомства", 1906,, #47, səh.16)”.

Haqqında yuxarıda söhbət gedən İmereti katolikosu – patriarxının geyimi barədə o da məlumdur ki, onun incilərlə dolu olan mitrası (dini ayinlər zamanı keşişlərin geydiyi qızıl rəngli, bəzəkli papaq- tərc.) çar Vaxtanq Qorqasalinin (446-491-ci illər) zamanında onun taxtını bəzəyən brilliant xaçla bəzədilmişdi. Çar Vaxtanq bu böyük brilliantı Persiyaya səfərlər zamanı əldə etmişdi.

Ruslar, eyni zamanda, Gürcüstan Kilsəsinin qanun və qərarlar arxivini bütünlüklə yandırıblar, nə qaldısa onu da Kür çayına atıblar.

1886-cı ildə isə Tbilisinin qubernatoru, ekzarx Pavel öz dindaşlarını – gürcü xalqını lənətləyib…

Öz tarixinizi unutmayın!


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam