Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

ŞAMAXILI İŞ ADAMINDAN PREZİDENTƏ ŞİKAYƏT -"ASİF AĞAYEV PULUMUZU VERMİR"

 

ŞAMAXILI İŞ ADAMLARI İCRA BAŞÇISINDAN PREZİDENTƏ ŞİKAYƏT EDİRLƏR - "ASİF AĞAYEV PULUMUZU VERMİR"


Yenixeber.org: Son illər Şamaxıda aparılan abadlıq-quruculuq işləri də dövlət başçısının yürütdüyü ümummilli siyasətin məntiqi nəticəsidir. 
Şamaxıda son illər turizm sektorunun inkişaf etdirilməsi üçün çoxsaylı tədbirlər planı həyata keçirilib. Xüsusilə qədim tarixə malik olan Dəmirçi kəndində görülən işlər burada tamamilə yeni ab-hava yaradıb. Bütün bu işlər isə cənab prezidentin bilavasitə rəhbərliyi altında həyata keçirilib. Oktyabrın 2-də cənab prezident və Birinci vitse-prezident Mehriban xanım kənddə görülən işlərlə tanış olublar. 
Təəssüf ki, cənab prezidentin bu müdrik siyasi xəttindən sui-istifadə edən, görülən işlərdən şəxsi maraqlarını təmin etmək üçün istifadə edən məmurlar da tapılır. Dövlət başçısının etimadından sui-istifadə edərək qanunlara məhəl qoymayan, öz əməlləri ilə görülən böyük işlərə kölgə salan belə məmurların əməlləri yerlərdə narazılıq yaradır. Belə məmurlara səslənən, xəbərdarlıq edən cənab prezidentin sözləri görünür bəziləri üçün hələ də dərs olmayıb:
“Bütün bu amillər ola-ola biz korrupsiyaya, rüşvətxorluğa niyə göz yummalıyıq?! Niyə bu yara bizi içimizdən sarsıtsın, niyə bu yara bizi zəhərləsin?! Ona görə, mən deyirəm ki, hər kəs nəticə çıxarsın. Cəza tədbirləri görülür, görüləcəkdir. Burada heç kimdə immunitet yoxdur, olmayacaqdır. Dövlət məmuru xalqın xidmətçisidir. Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər. Ona görə, mən bir daha bunu demək istəyirəm ki, növbəti illərdə də rüşvətxorluğa bulaşmış insanlar çox ciddi şəkildə cəzalandırılacaqlar. Kimsə nəticə çıxarmayıbsa, nəticə çıxarsın”.
Rubrika.az saytına müraciət edən Şamaxılı sahibkarlar İcra hakimiyyətinin başçısı Asif Ağayevin əməllərindən şikayət edirlər. İcra başçısı tərəfindən haqqı mənimsənilən sahibkarlar dövlət başçısı cənab İlham Əliyevdən kömək istəyirlər. Rayonda onların tələblərinə məhəl qoyulmadığını bildirən iş adamları Asif Ağayevin prezidentin göstərişi ilə görülən işlərə kölgə salan əməllərini açıqlayıblar. 
İcra başçısı Asif Ağayev tərəfindən aldadılıdığını bildirən iş adamı Sərxan uzun müddətdir ki, ona çatan pulun verilmədiyini bildirir. Sərxan icra başçısı üçün inşa edilən Avaxıl kəndində şəxsi evin tikintisinə və dövlət əhəmiyyətli Dəmirçi kəndində görülən işlərə rəhbərlik edib. İşlərin artıq çoxdandır yekunlaşmasına baxmayaraq materialların pullarının və fəhlələrin əmək haqlarının verilmədiyini bildirən Sərxan çətin vəziyyətə düşdüyünü, icra başçısının isə onun qanuni tələblərinə məhəl qoymadığını açıqlayır. 
Sərxan bildirir ki, Asif Ağayev üçün inşa edilən evin bütün tikinti işlərini görüblər. Hətta evin bütün sənədləri əvvəllər Sərxanın adına olub. Sonradan isə ev icra başçısının həyat yoldaşının adına sənədləşdirilib. Evin tikintisinə ümumilikdə 205 min manat vəsait xərclənib. A.Ağayev tərəfindən pulun müəyyən hissəsi ödənilsə də 90 min manatlıq borc ödənilməyib. Redaksiyamızın müraciətindən sonra həmin vəsaitin daha 30 min manatı Sərxana ödənilsə də pulun qalan hissəsi ödənilməyib. 
Həmçinin Dəmirçi kəndində görülən işlər zamanı yaranan 70 min manatlıq borc da icra başçısı tərəfindən ödənilmir. Ümumilikdə icra başçısı Sərxana çatacaq 130 min manat vəsaiti ödəməkdən imtina edir. İş adamı bildirir ki, həmin pulun çox hissəsi tikinti işlərində çalışan ustaların, fəhlələrin, eləcə də alınmış materialların puludur. O cümlədən qəribə orasıdır ki, Sərxan bildirir ki, Dəmirçi kəndində görülən işlər zamanı şamaxılı iş adamı Çingizdən beton götürülməsinə baxmayaraq, həmin materialın 16800 manat məbləğində pulu ödəməkdən başçı imtina edir. Səbəbini isə gülünc bir şəkildə “guya rayonda Çingiz ona salam vermir” deməklə izah edir. Asif Ağayev prezidentin səfərindən sonra bütün borcun ödəniləcəyini bildirsə də, indi müxtəlif bəhanələrlə iş adamını get-gələ salıb. Tikintidə işləyən onlarla ustanın, fəhlənin halal çörək pulu aylardır ki, ödənilmir. Eləcə də tikintini materialla təmin edən şirkətlər də öz pullarını tələb edirlər. Çox çətin vəziyyətə düşən iş adamı Sərxan yaranmış vəziyyətdə kömək üçün redaksiyamız vasitəsilə prezidentə müraciət edir:
“Cənab prezident! 
Sizin diqqət və qayğınız nəticəsində Şamaxıda, Dəmirçi kəndində abadlıq-quruculuq işləri görülüb. Şəxsən özünüz bu işlərin yekunu ilə tanış olaraq görülən işləri bəyənmisiniz. Ancaq, icra başçısı Asif Ağayev sizin etimadınızdan sui-istifadə edərək görülən işlərdə alın təri ilə zəhmət çəkən ustaların, fəhlələrin pulunu verməkdən imtina edir. Artıq hər yerdən ümidim üzülüb, çörək pulunu tələb edən işçilərə deməyə sözüm yoxdur. Fəhlələrin pulunun müəyyən hissəsini öz obyektimi satmaqla ödəsəm də artıq heç bir imkanım qalmayıb. Asif Ağayev isə nəinki Dəmirçi kəndində, hətta öz şəxsi evində görülən işlərin pulunu ödəmək istəmir. İnsan öz evində işləyən fəhlələrin pulunu necə kəsə bilər? Böyük zəhmətlə balalarına çörək pulu qazanan fəhlənin əmək haqqını verməmək hansı məntiqə sığır?
Cənab prezident ! 
Xahiş edirəm ki, məsələyə müdaxilə edərək bizi bu çətin vəziyyətdən qurtarasınız. Asif Ağayev vəzifə səlahiyyətlərindən istifadə edərək rayonun iş adamlarının, sadə zəhmətkeşlərin halal haqqını vermək istəmir. Siz hər zaman məmurları sadə insanların problemlərinə diqqət yetirməyə, onları həll etməyə çağırırsınız. Ancaq Asif Ağayev bizim üçün əlavə problemlər yaradır, pulumuzu mənimsəmək istəyir. Bizim ümid yerimiz sizsiniz. Xahiş edirik bizim halal haqqımızın alınmasına, onlarla ailənin sevincinə kömək edəsiniz. Sizə dərin minnətdarlığımızı bildiririk!”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam