Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İranla Azərbaycan arasında əməkdaşlıq sazişi imzalandı

 İranla Azərbaycan arasında əməkdaşlıq sazişi imzalandı

 

Dekabrın 27-də Azərbaycan Cüdo Federasiyasında yeni əməkdaşlıq sazişi imzalanıb

   Yenixeber.org: Sazişi ölkəmizdə səfərdə olan İran İslam Respublikası Cüdo Federasiyasının prezidenti Məhəmməd Deraxşanmübarək, İraq Cüdo Federasiyasının prezidenti Samir əl-Musəvi və Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov imzalayıblar.

Əməkdaşlıq sazişinə əsasən, federasiyalar dostluq münasibətlərini və qarşılıqlı əməkdaşlığı inkişaf etdirərək, bütün yaş qrupları üzrə milli yığma komandaların birgə təlim-məşq toplanışlarını, turnirlər, yoldaşlıq görüşlərinin təşkili və keçirilməsini reallaşdıracaq. Tərəflərin üzvü olan idman təşkilatlarının, eləcə də idman məktəblərinin əməkdaşlığına şərait yaradılacaq. Məşqçilər və hakimlər üçün birgə seminarlar təşkil ediləcək. Müxtəlif təcrübə mübadiləsi layihələrinin hazırlanması və həyata keçirilməsi də nəzərdə tutulur. Həmçinin, müxtəlif yarışlarda təmsil olunmaq üçün zərurət yaranmış çəki dərəcələrində idmançı transferlərinin həyata keçirilməsi də gələcək planlar daxilindədir.

Görüşdə Sadıq Sadıqov qonaqlara xatirə hədiyyələrini təqdim edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam