Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Hacı Əliyevdən rusiyalı güləşçiyə:Gücü qalmamışdısa...

 

 

 

Yaxınlarda sərbəst güləş üzrə rusiyalı idmançı Hacımurad Rəşidov ölkəsinin mətbuatına verdiyi müsahibə ilə diqqətləri öz üzərinə çəkmişdi

 

 

 

    Yenixeber.org:  Dağıstandan olan idmançı müsahibəsində karyerasında güləşdiyi ən çətin rəqiblərin adlarını açıqlasa da, bu ilin avqustunda Fransanın paytaxtı Parisdə keçirilmiş dünya çempionatının finalında uduzduğu Hacı Əliyevin adını çəkməyib.

Halbuki 3 qat dünya çempionu olmuş Hacı Əliyev onu çox asanlıqla məğlub edib. 61 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 7:1 öndə olduğu görüşdə tuşe fəndi (rəqibin kürəyini döşəyə sıxma) ilə qalib gəlib.

Məsələyə bu il “2017-ci ilin idmançısı” seçilmiş Hacının özündən münasibət öyrənməyə çalışdıq. O, Hacımurad Rəşidovun cavabını belə verdi:

“Həmin müsahibədən xəbərim var, oxumuşam. O deyir ki, finalda güləşməyə gücüm qalmamışdı deyə, mənə uduzub. Gücü qalmamışdısa, döşəyə çıxmazdı. Ümumiyyətlə, o, mənim finallarda qarşılaşdığım ən zəif rəqiblərdən biri idi. Heç inanmıram ki, növbəti dünya çempionatında o, finala çıxsın”

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam