Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Ekspert:Növbəti il maaş artımı gözlənilir

Ekspert:

 

 

“Minimum əməkhaqqının 116 manatdan 130 manata qədər artırılmasının istehsal bazarına təsir etməsi gözlənilmir"

 

Yenixeber.org: İqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

V. Bayramovun sözlərinə görə, növbəti aylarda qiymət artımı baş versə, bu, süni artım olacaq: 

“Çünki adətən, orta aylıq əməkhaqqının artımı bazara təsir göstərir, minimum əməkhaqqının artımı yox”.

Ekspert bildirib ki, minimum əməkhaqqı o anlama gəlir ki, özəl və dövlət şirkəti minimum əməkhaqqından aşağı əməkhaqqı vermir: 

“Deyilənləri nəzərə alaraq demək olar ki, minimum əməkhaqqının məbləğinin artımı istehlak bazarına təsir etməyəcək, bazara təsiri minimumdur. Əgər qiymət artımı olacaqsa, bu, iqtisadi baxımdan əsaslandırılmış qiymət artımı yox, süni artım olacaq”. 

V. Bayramov güman edir ki, minimum əməkhaqqının artımı 2018-ci ildə dövlət və digər sektorlar üzrə əməkhaqlarının artımına şərait yaradacaq:

“Minimum əməkhaqqının məbləğinin artırılması xüsusən dövlət sektorunda çalışanlar üçün baza formalaşdırır. Əlavə olaraq neftin mövcud qiymətini nəzərə alsaq, növbəti ildə maaşların artımı mümkün olacaq”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam