Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

ASİF ATA UCALIĞI

 

 

ASİF ATA UCALIĞI

 

 

Yenixeber.org: Vaxt var idi kitablar yüksək tirajlarla geniş oxucu kütləsi üçün nəşr olunurdu. Və bu kitabların minlərlə, on minlərlə oxucusu olurdu. Çox təəssüf ki, nu gün nə yüksək tirajlarla kitablar nəşir olunur, nə də on minlərlə, yüz minlərlə oxucu kütləsi var. Bunların hamsı dünənimizdə qaldı. Biz də dünənimizə təəssüf deyib, əl- qolumuzu sallayıb, arın-arxayın bu günümüzün ağrı- acısı ilə yaşayırıq. Mövzumuza uyğun olaraq bu günümüzün ən böyük ağrısı, acısı kitabların az sayda buraxılması və bu az sayda buraxılan kitabların kütləvi oxucunun olmamasıdır. Mütaiəsizlik xalqda, ələxüsusda bu günkü gənclikdə igidlik, qəhramanlıq, fədəkarlıq, mübarizlik, döyüşkənlik kimi keyfiyyətləri, ruhu get- gedə söndürür. Və beləcə qopqocaman bir millətin var olması, yaşaması təhlükəli həddə çatır. Bunun üçün də yeganə bir yol var. Bu yol insanların kütləvi halda kitabla dostluğundan keçir.

Bu gün müəlliflərin kitabları onların özlərinin cüzi vəsaitləri hesabına 300- 500 arası tirajla yayımlanır ki, bu da ancaq dosta, tanışa çatır. 300- 500 oxucusu olan alim, şair, yazıçı tanınmır, məşhurlaşmır. İstedadı, zəhməti, dövlət, millət qarşısında olan xidməti kütləvi halda dəyərləndirilmir, tanınmır. Xalq, millət özünün öndə gedən alimini, şairini, yazıçısını yaxşı tanımırsa, artıq bu faciədir.

Azərbaycanın və Türk dünyasının indiki nəsilinin heç də yaxşı tanımadığı, bilmədiyi, əsərlərini oxumadığı bir filosofu var. Bu Asif Atadır. Qoşa dünyanın yaranışından üzü bəri nə qədər desən filosofu olub. Amma bizim Asif Ata dünyanın heç bir filosofuna bənzəməyib. Fərqli bir ömür, bir yaradıcılıq yolu keçib. Onu tanımaq, yaradıcılığını öyrənmək, fikirlərini, ideyalarını təqdir etmək, öymək insanlığın, insanlışdırmanın təməlidir desək yanılmarıq. Bu təməldə xeyrin şər üzərində möhtəşəm qələbəsi var. Hər bir qələbə, uğur sevincdir, özünə inamdır. Özünə inam ağrılı, acılı dünyanı dəyişməyi, onu daha şirin, daha yaşamlı etməyə qadirdir.

Bakının burnunun ucunda bir məkan var. Bu məkan rəsmi dövlət sənədində Keşlə adlanır. Keşlədə müqəddəs bir Ocaq var. Bu Ocaq İnam Atanın (Asif Atanın) Mütləqə İnam Ocağı adlanır. Ocaq övladları öz aralarında bura Atakənd deyirlər. Onlar Asif Atanın ideya, fikir daşıyıcılarıdırlar. Onlar təpədən- dırnağa kimi Asif Ata Mütləqə İnam Fəlsəfəsi və Ruhaniyyətinə bağlı insanlardırlar. Bu bağlantıda maddiyyatdan mənəviyyata doğru böyük bir fədəkarlıq var. Bu fədəkarlığı mən hər zaman öymüşəm. Və yəqin ki, bundan sonra da nə qədər ömrüm var öyəcəm,təqdir edəcəm, fədəkarlıqlarına, mübarizliklərinə, dözümlülüklərinə Əhsən deyəcəm.

Ocaq övladları bu yaxınlarda Asif Atanın "On kutsal bitiq"inin 8- ci bitiqini "Özüllər özülü"nü "Qanun Nəşriyat"da 300 tirajla nəşir etdiriblər. Heç kimə sirr deyil ki, istər fəlsəfə olsun, istəsə də bədii ədəbiyyat, yazılanda geniş oxucu kütləsi üçün nəzərdə tutulur. Yuxarda ərz elədim ki, bu gün geniş oxucu kütləsi yoxdur. Çünki cəmiyyət pul cəmiyyətidir. Kütlə çox rahat və asancasına mənəviyyatını madiyyatına qurban verib. Baş qarınla yerini dəyişib. Elə ən böyük bədbəxliyimiz də bundadır.

Asif Atanın bu kitabı da geniş (bu dəqiqdir) oxucu kütləsi üçün nəzərdə tutulsa da, fərdlərə güclə çatır. Və beləcə kitaba ön sözə əvəzi bir şey yazan Mütləqə İnam Ocağının Ruhsal Başçısı Safruhun dediyi kimi " ...Ən ümumi üçün deyilənləri isə fərdlər "ötür- ötürə" salırlar. Kütləvi sivilləşmə artdıqca "ötür-ötür" güclənib filosofun, Ruhaniyatçının zəhmətini əlində qoyur". Doğru! Dostum Safruhun iradlarına, harayına (mən bunu haray, yanğı kimi qəbul edirəm) zərrə qədər də olsa etiraz etmirəm. Edə də bilmərəm. Həqiqətə, doğruya etiraz etmək nankorluq, ədalətsizlikdir.

"Özüllər özülü"nü mən, sən oxuyuruqsa , ondan faydalanırıqsa, buna da min şükür. Bu gün bu kitabı əldə edə bilməyən, əldə edib heç üzünə baxmayan, vərəqləməyən, sıradan bir kitab kimi saymazyana qırağa tolazlayan da ola bilər. Nə yazıq ki, belələri "ziyalılar"dediyimiz təbəqənin arasında daha çoxdur.

Həyata gələn hər bir insanın öz dünyası var. Və hər kəsdə öz dünyasında yaşayır, başqa dünyaya qarışmır. Asif Ata da öz dünyasında- Əxlaq, Ruhaniyyət və Mahiyyətdə yaşayırdı. Bu yaşamın da ən gözəli, ən alisi: Əxlaq- Mütləq Xeyir, Mütləq Ədalət, Mütləq Həqiqətdə yaşamaqdır. Bunların da ali olmasını bir tələb kimi qarşıya qoyurdu. Bu tələb ilk baxışda asan görünür. Amma dərinə varanda görürsən ki, bu formada yaşamaq hər adamın işi deyil. Bunun üçün Hünər, Güc, Mətanət, Dözüm lazımdır. Hünərsiz, gücsüz, mətanətsiz, dözümsüz adam bunu bacarmaz.

Müəllif göstərir ki, Əxlaqda xeyir, ədalət, həqiqət var. Bunlar olmasa Əxlaqlı yaşamaq mümkün deyil. Bunların hər üçü mütləq lazımdır. Mütləq Ədalətdə, Mütləq Həqiqətdə insanlıq, insanilik və onun dərk olunması var. Və əslində bu varlıq Əxlaqın Mütləqilik tələbidir. Nisbidən, həyatdan, gerçəklikdən. cəmiyyətdən, cəmiyyətdəki adamlardan (insanlardan yox ha) üstün olmaq elə əxlaqlı olmaqdır. Burda tələb üstün olmaqdır. Üstünlüyün olmasa istədiyini heç cür əldə edə bilməzsən. Asif Ata da insandan, insanlıqdan elə bunu tələb edir. Həyat xeyir tanınır, tanıdır. Elə əsil gerçəklik də budur.

Yüksəlmək, tanınmaq hər kəsin ən ümudə arzusudur. Yüksəlməyi də hərə bir cür anlayır. Bəziləri hünər göstərmədən kimlərinsə təkanı, varı- dövləti ilə, bəziləri də alın təri töküb öz bacarığı, fədakarlığı ilə qazanır. Və belə hünərlə qazanılan Əxlaq fərdlərə yox, hər kəsə xeyir gətirir. Bu yerdə insanlığa çatmaq tələbi yaranır. Bu tələb Nisbidən, Həyatdan, Gerçəklikdən, Cəmiyyətdən, Adamdan üstün olmaqdır. Bütün bu üstünlüklər adamı adamlıqdan uzaqlaşdırıb insanlaşdırır. İnsanlaşmış adamda da daha adam kimi yox, idial yaşamaq arzusu yaranır. Və bu arzu onda həyatdan üstün olmaq, ali olmaq keyfiyyəti yaradır.

Asif Ata çox doğru olaraq göstərir ki, qurulan hər bir cəmiyyət ağalıq üzərində qurulur. Bu üzdən də Əxlaq ağalığı rədd edir. Və cəmiyyətdən çox-çox üstün olur.

Zaman dəyişir. Zamana uyğun olaraq inam, idrak, mənəviyyat, amal, əməl də dəyişir. Burda zamana uyğunlaşmaq, zamanın damarını tutub onunla yaşamaq meyli baş qaldırır. Və beləcə zaman əxlaqı, zaman adamı yaranır. Zaman əxlaqını, zaman adamlığını aradan qaldırmaq, zamanı qabaqlamaq, ondan öndə olmaq üçün Asif Ata insanlaşmağın, insanlaşdırmağın çıxış yolu olduğunu hər bir fikirində, deyimində dönə-dönə vurğulayır. Kamilsizliyi nökərçilik, köləlik adlandırır. Azadlığı, sərbəstliyi kamillikdə görür.

Asif Ata deyir "Dünyalıq olmasaydı- Dünya olmazdı ". Dünyanın olmaması da mümkünsüzdür. Varlığın boşluğu ola bilməz. Varlıqda əbədi Dünyalıq var ki, onun mahiyyətində ölməzlik həqiqətçiliyi yaşayır. İnsanın mahiyyəti onun insan olmağındadır. İnsan adamlığında qalanda mahiyyət dəyişir, kamillik yerini kamilsizliyə verir. Və bu halda adam mütləq xeyir tanımır. Bu yerdə Əxlaq köməyə gəlir adama Mütləq xeyri tanıdır. Mütləq Xeyir adamı yüksəldir və onu adamdan insanlığa yönəldir.

Atanın "Özüllər özülü" kitabında böyük filosov göstərir ki, adamın insanlaşması vacibdir, zəruridir. Əyər adam insanlaşmasa həyatın sonumu olacaq, yoxsa həyat elə həyatlığında qalacaq? Sualı adamı düşündürür və bunun cavabını Asif Atanın fəlsəfəsində tapır. Ona görə də bir mənalı olaraq onu bilmək lazımdır ki, insanlaşmaq və insanlaşdırmaq həyatın çiçəklənməsi və yaşamasıdır. Bu amal, bu məqsəd uğurunda fədəkarlıq, mübarizlik lazımdır. Mübarizliyimiz mübarək!

Məhərrəm Şəmkirli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam