Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Qarabağ” Ndlovunu satmağa razılıq verib– iddia

 

 

“Qarabağ” hücumçusu Dino Ndlovunun Çinin “Xançjou Qrintaun” klubuna keçidinə razılıq verib

 

Yenixeber.org: Bu haqda Cənubi Afrikanın soccerladuma.co.za saytı məlumat yayıb. İddia edilib ki, qış transfer pəncərəsi açılandan sonra Ağdam klubu Ndlovunu 750 min avro təzminat almaqla həmin kluba satacaq. Çin klubunun Cənubi Afrika millisinin hücumçusu ilə 2 illik müqavilə bağlayacağı bildirilib.

“Qarabağ”ın Ndlovunun transferinə razılıq verməsinə əsas səbəb kimi, bu futbolçu ilə gələn ilin yayında müqaviləsinin başa çatacağı göstərilib. Ona görə də klubun Ndlovunu 6 ay əvvəldən satmaqla maddi gəlir götürmək istədiyi yazılıb.

Qeyd edək ki, daha öncə Çin klubunun Ndlovuya görə “Qarabağ”a 1 milyon avro ödəyəcəyi bildirilirdi. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Xançjou Qrintaun”dan təklif aldıqlarını təsdiqləsə də, bununla bağlı dəvəti “gülməli təklif” adlandırmışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam