Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Bəyənməyib atdığımız qidalar xərçəngdən qoruyur - ARAŞDIRMA

 

 

 

 

 

 

Bəzən yemək istəməyib atdığımız qida qalıqları və istifadə etmədiyimiz ədviyyatlar əslində vücudumuzu xərçəng xəstəliyinə qarşı qoruyur

 

 

 

 

 

 

  Yenixeber.org:        Bu məlumatı, bitkilərlə müalicə araşdırmaları aparan Fototerapeya Mərkəzinin rəhbəri mütəxəssis Kartal açıqlayıb.

Həkimin sözlərinə görə əksər insanın istifadə etmədiyi zərdəçal (sarıkök) xərçəngə qarşı qalxan rolunu oynayır. Xəstəliyə səbəb olan hüceyrələri öldürür və inkişaf edərək çoxalmasının qarşısını alır. Həzm prosesi çətin gedən xəstələrin müalicəsində də müsbət effekt verir. Həmçinin şəkərli diabet xəstəlik riskini də azaldır.

Bunun üçün 1 çay qaşığı zərdəçalı kiçik bir qaba qoyun. Üzərinə 1 yemək qaşığı zeytun yağı damcılladın. Daha sonra yarım çay qaşığı qara bibər əlavə edib qarışdırın. 10 dəq ərzində istifadə etməyin.

 

Gündə bu qarışımdan 3 dəfə için. Salatların, yeməklərin üzərinə qatıqla birlikdə də əlavə edib yeyə bilərsiniz.

Sözügedən qoruyucu qidalardan biri də üzüm çəyirdəyidir. Tərkibində olan ginseng maddəsi ən güclü antioksidan olduğu üçün xərçəng əleyhinə olan qidalar sırasına aid edilir.

Üzüm çəyirdəyi  müasir tibdə geniş istifadə edilir. İlk olaraq isə Yaponiya səhiyyəsində sınaqdan keçirilib. Vitamin E-dən 20 qat, C-dən isə 50 qat daha güclü təsirə malikdir. Xərçəngdən başqa digər xəstəliklərin də müalicəsində tətbiq edilir. Üzümün qabığında xolestrolu aşağı salmaq üçün tərkibində "resveratrol" adlanan maddə var. Astma xəstəliyi üçün isə üzüm çəyirdəyinin sapı əvəzsizdir. Media24.az

 

 

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam